Agro Dairy LLC
Ana səhifə
/
/
/
Nəqliyyat və Aqro Xidmətlər üzrə Baş Mütəxəssis

Nəqliyyat və Aqro Xidmətlər üzrə Baş Mütəxəssis

Bu gün

129

Təsvir

Tender və Bidding Proseslər

  • Nəqliyyat və aqro-servis istiqamətləri üzrə tender (bidding) proseslərinin təşkili və icrası
  • Tenderlərin keçirilməsi üçün şərtlər toplusunun (TOR / Technical Specification) hazırlanmasında iştirak
  • Tender iştirakçılarına dəvət məktublarının və sorğuların göndərilməsi
  • Tender müddətində daxil olan təkliflərin qəbulu, qeydiyyatı və sistemləşdirilməsi
  • Tender prosesi zamanı iştirakçıların sorğularının cavablandırılması və rəsmi yazışmaların aparılması

İştirakçı Sənədlərinin Yoxlanılması (Pre-qualification)

  • Tender iştirakçıları tərəfindən təqdim olunan sənədlərin ilkin yoxlanılması, o cümlədən:
  • vergi və dövlət reyestri sənədləri,
  • maliyyə və vergi borcu ilə bağlı arayışlar,
  • referenslər və icra olunmuş işlərə dair sənədlər,
  • texniki imkanlar və texnika parkının mövcudluğunu təsdiq edən sənədlər
  • Sənədlərin tender şərtlərinə uyğunluğunun formallıq və tamlıq baxımından qiymətləndirilməsi
  • Çatışmazlıqlar və uyğunsuzluqlar barədə iştirakçılara rəsmi bildirişlərin göndərilməsi

Qiymətləndirmə

  • Daxil olmuş texniki və kommersiya təklifləri əsasında müqayisəli cədvəllərin hazırlanması
  • Qiymətləndirmə nəticələrinin rəhbərliyə təqdim edilməsi

ERP Sistemi ilə İş

  • Tender nəticələrinin ERP sisteminə daxil edilməsi (PR, PO, Payment Request və s.)
  • ERP sistemində məlumatların dəqiqliyinə, tamlığına və vaxtında daxil edilməsinə nəzarət
  • Tender, müqavilə və ödəniş prosesləri üzrə məlumatların sistem üzərindən izlənməsi

Hüquq Şöbəsi ilə Koordinasiya

  • Tender qalibləri üzrə müqavilələrin hazırlanması üçün zəruri sənədlərin toplanması və hüquq şöbəsinə təqdim edilməsi
  • Hüquq şöbəsinin tələbi əsasında əlavə məlumat və sənədlərin təmin edilməsinə dəstək

Hesabatlılıq və Nəzarət

  • Keçirilmiş tenderlər üzrə müntəzəm hesabatların hazırlanması
  • Tender statusları, iştirakçılar və nəticələr barədə şəffaf və sistemli məlumat axınının təmin edilməsi
  • Daxili prosedur və nəzarət mexanizmlərinə uyğunluğun təmin olunmasına dəstək

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, logistika, təchizat zənciri, maliyyə, menecment sahələri üzrə).
  • Təchizat, satınalma, logistika və ya nəqliyyat xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi.
  • Tender proseslərinin aparılması üzrə praktiki təcrübə (RFQ, RFP).
  • SAP sistemində praktik işləmə bacarığı:
  1. PR və PO sənədlərinin yaradılması,
  2. müqavilələrlə işləmə,
  3. invoys və ödəniş sorğularına nəzarət.
  • Azərbaycan və Rus dillərini bilmək.

Vakansiya haqqında

Son tarix

January 30, 2026

Paylaşılıb

yanvar 17, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat