Şirkətin əsas məhsullarının (buğda, arpa, qarğıdalı, yonca, şəkər çuğunduru və s.), toxum məhsullarının, gübrələrin/dərmanların sənaye müəssisələrinə, hüquqi şəxslərə, təşkilatlara, fərdi şəxslərə və fermerlərə satışını həyata keçirmək
Kənd təsərrüfatı sektorunda mövcud və potensial müştəriləri izləmək, portfel üçün potensial müştərilər cəlb etmək
Müntəzəm səfərlər, telefon zəngləri və e-məktublar vasitəsilə yeni və mövcud müştərilərlə əlaqə saxlamaq.
Satış prosesini sənədləşdirmək və sistem vasitəsilə izləmək
Satış prosesində texniki problemləri həll etmək
Effektiv satış kampaniyaları, reklam aksiyaları və qiymət strategiyaları hazırlamaq üçün marketinq qrupu ilə əməkdaşlıq etmək
Satış məlumatlarını həftəlik, aylıq və illik qrafik üzrə rəhbərliyə bildirmək
Yeni biznes imkanları, o cümlədən yeni bazarlar, inkişaf sahələri, tendensiyalar, müştərilərin tələbləri, məhsullar, xidmətlər və ya mövcud bazarlara çıxış üçün yeni yolları araşdırmaq və müəyyənləşdirmək
Tələblər
İqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi
Satış sahəsində minimum 3-4 illik iş təcrübəsinə sahib olmaq
Mükəmməl təqdimat və ünsiyyət bacarıqları
"MS Office" və digər satış proqramları və sistemləri ilə sərbəst işləmək bacarığı