Agro Dairy LLC
Ana səhifə
/
/
/
"Summer X-perience 2026" Yay Təcrübə Proqramı

"Summer X-perience 2026" Yay Təcrübə Proqramı

26-05-2026

316

Təsvir

Proqram haqqında:


Kənd təsərrüfatı sahəsində karyera qurmaq istəyən tələbələr üçün Yay Təcrübə Proqramını elan edirik. Proqram iştirakçılara sahə üzrə praktiki biliklər qazanmaq, real istehsalat proseslərini yaxından müşahidə etmək və peşəkar mütəxəssislərlə birlikdə çalışmaq imkanı yaradır.


Bu təcrübə proqramı vasitəsilə siz həm nəzəri biliklərinizi praktikada tətbiq edə, həm də gələcək karyeranız üçün dəyərli iş təcrübəsi əldə edə bilərsiniz.

 

Vəzifə və öhdəliklər:

  • Yay tətilini səmərəli dəyərləndirmək;
  • Peşəkar mühitdə özünü inkişaf etdirmək;
  • İşlədiyi komandaya dəstək vermək;
  • Təşəbbüskar olmaq;
  • Öyrənməyə həvəsli olmaq;
  • Təcrübə müddətində pozitiv və kreativ yanaşmaq;
  • Nəticəyə fokuslanmaq.

 

Müraciət edə biləcəyiniz departamentlər:

  • Aqronomiya - Agro Dairy MMC, Hacıqabul ofisi
  • Əməliyyatlar - Agro Dairy MMC, Hacıqabul ofisi
  • Əməliyyatlar - Agro Dairy MMC, Samux ofisi
  • Əməliyyatlar - Agro Dairy MMC, Cəlilabad ofisi
  • İnzibati şöbə (Admin)- Agro Dairy MMC, Qarabağ ofisi
  • Keyfiyyətə nəzarət- ATS Mill MMC, Xırdalan
  • Keyfiyyətə nəzarət - ATS Soy MMC, Xırdalan
  • Keyfiyyətə nəzarət - ATS Feed MMC, Ağdaş
  • Maliyyə - Azer Yem MMC, Balakən
  • İnsan Resursları – Ağsu Agropark MMC, Ağsu
  • İnsan Resursları – Qəbələ Agropark MMC, Qəbələ
  • Heyvandarlıq-Yalama Agropark MMC, Xaçmaz/Qəbələ


Biz sizə nə təklif edirik?

  • 2 ay müddətində rəsmi əmək haqqı ilə təmin edilən təcrübə proqramı;
  • Yeməklə və yaşayış yeri ilə təminat;
  • Təcrübə müddəti bitdikdən sonra iş təklifi əldə etmək imkanı;
  • Korporativ mühitdə iş təcrübəsi;
  • Kənd təsərrüfatı sahəsini ixtisaslaşmış və təcrübəli peşəkar mentorlardan öyrənmək imkanı.


Tələblər

  • Universitetin 3-cü və ya 4-cü kurs tələbəsi olmaq;
  • Dil bilikləri: Azərbaycan dili – əla səviyyədə;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Yüksək motivasiya;
  • Komandada işləmə və ünsiyyət bacarığı;
  • Təşəbbüskar olmaq və öyrənməyə açıq olmaq;
  • “Nəyə görə təcrübə proramında iştirak etmək istəyirsən?” mövzusunda 1 dəqiqəlik video çəkib müraciət zamanı yükləmək (Video müraciət sizə seçim zamanı əlavə bal qazandıracaq)

 

Vacib qeyd:

Motivasiya məktubunda müraciət etmək istədiyiniz departament mütləq qeyd olunmalıdır. Departamenti göstərilməyən müraciətlər nəzərə alınmayacaq.

 

Vakansiya haqqında

Son tarix

June 15, 2026

Paylaşılıb

may 26, 2026

Vakansiya növü

Təcrübə

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Tələbə

Təhsil

Natamam ali

Kateqoriya

Digər xidmətlər