Anbar şöbəsi tərəfindən verilən müvafiq təlimat və göstərişlərin icrasını təmin etmək.
Təsdiqlənmiş qaydalara uyğun olaraq anbarda mövcud olan gübrə, toxum, dərman və digər məhsulların sifarişçiyə təhvil verilməsi üçün tələb olunan sənədləşmə proseslərini həyata keçirmək.
Sahələrdən daxil olan məhsulları daşıyan yük maşınlarını verilmiş prosedurlara əsasən tərəzidən çəkmək və yönləndirmək.
Yüklərin xarici görünüşünün və qablaşdırılmasının düzgünlüyünü yoxlamaq.
Yüklərin çəkisi, adı və digər xüsusiyyətlərinin müşayiəedici sənədlərə uyğunluğunu yoxlamaq və təsdiqləmək.
Yükdə aşkar olunan çatışmazlıq və ya zədələnmə hallarında akt tərtib etmək, müşayiəedici sənədləri rəsmiləşdirmək və çəkilmiş yüklərin uçotunu aparmaq.
Fövqəladə hallar (yanğın, zəlzələ, sel, güclü külək və s.) zamanı təxliyyə planına uyğun hərəkət etmək və təhlükəsizlik tədbirlərinə riayət etmək.
Mövcud tərəzi avadanlıqlarının səmərəli istifadəsinə nəzarət etmək və onların texniki tələblərə uyğun saxlanmasını təmin etmək.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq şəkildə yerinə yetirmək.