Təsvir
Vəzifə Öhdəlikləri
- Cəmiyyətin idarəetmə orqanları, eləcə də törəmə və asılı təsərrüfat cəmiyyətləri (Qrup şirkətləri) ilə münasibətlərin hüquqi tənzimlənməsində iştirak etmək;
- AFİ Qrup daxilində hüquqi şəxslərin təsis edilməsi, yenidən təşkili, ləğvi, nizamnamə kapitalı qoyuluşu, iştirak paylarının alqı-satqısı üzrə əməliyyatların hüquqi tənzimlənməsi və dövlət qeydiyyatı prosesində iştirak etmək;
- AFİ Qrup üçün etika və komplayens mexanizmlərinin, eləcə də korporativ strukturların hazırlanması prosesində iştirak etmək;
- Cəmiyyətin qanuni maraqlarını ifadə edən bütün növ müqavilə formalarının nümunələrinin hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
- Cəmiyyətin bütün növ əqdlərinin və hüquqi əhəmiyyətli digər sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq, hüquqi tənzimlənməsini təşkil etmək və icrasına nəzarət etmək;
- Cəmiyyətin daxili normativ sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- AFİ Qrupun korporativ idarəetmə standartlarının, etika və komplayens siyasətinin Qrup şirkətlərində tətbiqi və icrasına nəzarət etmək;
- Mübahisələrin məhkəməyə qədər və məhkəmə qaydasında həllində iştirak etmək.
Tələblər
Vakansiya üzrə Tələblər
- Ali təhsil (Hüquq üzrə bakalavr dərəcəsi);
- Müvafiq sahədə, o cümlədən korporativ idarəetmənin hüquqi tənzimlənməsi üzrə minimum 4 il iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl, ingilis dili (B2-C1) səviyyəsində yazı və danışıq bacarığı (rus dili bilikləri üstünlükdür);
- Kargüzarlıq və dövlət qeydiyyatı qaydaları üzrə biliklər;
- Güclü yazılı və şifahi ünsiyyət, danışıqlar aparmaq bacarığı;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
- Mürəkkəb məsələlərin həlli üçün yeni yanaşmalar hazırlamaq bacarığı;
- Güclü iş etikası, rəhbərlik bacarıqları və problem həll etmə qabiliyyəti.
Vakansiya haqqında
Son tarix
October 12, 2025
Paylaşılıb
sentyabr 2, 2025
Kateqoriya here
Digər