Agro Food Investments

Baş hüquqşünas

Bu gün

107

Təsvir

Vəzifə Öhdəlikləri


  • Cəmiyyətin idarəetmə orqanları, eləcə də törəmə və asılı təsərrüfat cəmiyyətləri (Qrup şirkətləri) ilə münasibətlərin hüquqi tənzimlənməsində iştirak etmək;
  • AFİ Qrup daxilində hüquqi şəxslərin təsis edilməsi, yenidən təşkili, ləğvi, nizamnamə kapitalı qoyuluşu, iştirak paylarının alqı-satqısı üzrə əməliyyatların hüquqi tənzimlənməsi və dövlət qeydiyyatı prosesində iştirak etmək;
  • AFİ Qrup üçün etika və komplayens mexanizmlərinin, eləcə də korporativ strukturların hazırlanması prosesində iştirak etmək;
  • Cəmiyyətin qanuni maraqlarını ifadə edən bütün növ müqavilə formalarının nümunələrinin hazırlanması və yenilənməsi prosesində iştirak etmək;
  • Cəmiyyətin bütün növ əqdlərinin və hüquqi əhəmiyyətli digər sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq, hüquqi tənzimlənməsini təşkil etmək və icrasına nəzarət etmək;
  • Cəmiyyətin daxili normativ sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • AFİ Qrupun korporativ idarəetmə standartlarının, etika və komplayens siyasətinin Qrup şirkətlərində tətbiqi və icrasına nəzarət etmək;
  • Mübahisələrin məhkəməyə qədər və məhkəmə qaydasında həllində iştirak etmək.


Tələblər

Vakansiya üzrə Tələblər


  • Ali təhsil (Hüquq üzrə bakalavr dərəcəsi);
  • Müvafiq sahədə, o cümlədən korporativ idarəetmənin hüquqi tənzimlənməsi üzrə minimum 4 il iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl, ingilis dili (B2-C1) səviyyəsində yazı və danışıq bacarığı (rus dili bilikləri üstünlükdür);
  • Kargüzarlıq və dövlət qeydiyyatı qaydaları üzrə biliklər;
  • Güclü yazılı və şifahi ünsiyyət, danışıqlar aparmaq bacarığı;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Mürəkkəb məsələlərin həlli üçün yeni yanaşmalar hazırlamaq bacarığı;
  • Güclü iş etikası, rəhbərlik bacarıqları və problem həll etmə qabiliyyəti.


Vakansiya haqqında

Son tarix

October 12, 2025

Paylaşılıb

sentyabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Digər