
12-11-2025
410
Qısa təsvir
Qrup Hüquq Meneceri “Agro Food Investments” Qrupunun bütün hüquqi fəaliyyətinə rəhbərlik edir və törəmə müəssisələr üzrə vahid hüquqi idarəetmə sisteminin formalaşdırılmasına cavabdehdir.
Vəzifənin əsas məqsədi Qrup səviyyəsində hüquqi risklərin effektiv idarə olunması, qanunvericiliyə və daxili siyasətlərə tam uyğunluğun təmin edilməsi, eləcə də biznesin strateji məqsədlərini dəstəkləyən hüquqi həllərin hazırlanması və tətbiqidir.
Vəzifə öhdəlikləri
Qrupun fəaliyyətinin qanunvericilik və daxili qaydalarla uyğunluğunu təmin etmək.
Müqavilələrin hazırlanmasına, hüquqi ekspertizasına və risk qiymətləndirilməsinə rəhbərlik etmək.
Korporativ idarəetmə, qeydiyyat və nizamnamə dəyişiklikləri üzrə prosesləri koordinasiya etmək.
İdarə Heyətinə hüquqi məsələlər üzrə məsləhət və risk analizi təqdim etmək.
Qrup üzrə hüquqi risklərin müəyyənləşdirilməsi və azaldılması üçün siyasət və mexanizmlər hazırlamaq.
Məhkəmə və arbitraj işlərində Qrupun maraqlarını müdafiə etmək.
Xarici hüquq firmaları və məsləhətçilərlə əməkdaşlığı idarə etmək.
Əməliyyat bölmələri ilə əməkdaşlıq edərək hüquqi risklərin vaxtında idarə olunmasını təmin etmək.
Müqavilə və sənəd dövriyyəsi proseslərini standartlaşdırmaq və təkmilləşdirmək.
Strateji layihələr (investisiyalar, satınalmalar, birgə müəssisələr və s.) üzrə hüquqi dəstək göstərmək.
Dövlət və tənzimləyici qurumlarla, tərəfdaşlarla və beynəlxalq şirkətlərlə hüquqi münasibətləri idarə etmək.
Törəmə müəssisələrin rəhbərləri ilə hüquqi koordinasiyanı təmin etmək.
Tələblər
Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlük sayılır);
Beynəlxalq hüquq, korporativ hüquq və ya uyğun istiqamətdə əlavə ixtisas və sertifikatlar (LL.M, Compliance və s.) üstünlükdür;
Hüquq sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 4 il rəhbər vəzifədə təcrübənin olması;
Kənd təsərrüfatı sahəsində iş təcrübəsi üstünlük sayılır;
Müqavilə hüququ, korporativ hüquq, əmək və kommersiya hüququ üzrə dərin biliklər;
Məhkəmə və arbitraj təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Analitik düşüncə qabiliyyəti;
Liderlik və komanda idarəetmə qabiliyyəti;
Azərbaycan dilində səlis, ingilis və ya rus dillərindən birində sərbəst ünsiyyət bacarığı.
Son tarix
December 22, 2025
Paylaşılıb
noyabr 12, 2025
Vakansiya növü
Tam ştat