Müvafiq sahələrdə bazar tendensiyalarını, imkanları və riskləri müəyyən etmək üçün strateji təhlillərin aparılması;
Korporativ, biznes və funksional səviyyəli strategiyaların hazırlanması və həyata keçirilmə prosesində iştirak;
Qrup tərəfindən təsdiqlənmiş strategiyaların və strateji layihələrin həyata keçirilməsini dəstəkləmək, biznes hədəfləri ilə uyğunlaşmanın təmin edilməsi;
Potensial gəlirlər haqqında rəy formalaşdırmaq üçün əhatəli dəyərləndirmə üsulları ilə investisiya layihələrinin qiymətləndirilməsində iştirak;
Potensial investisiyaların, birləşmələrin və satınalmaların qiymətləndirilməsi qərarları üçün lazımi məlumatların funksiyalararası komandalardan müvafiq qaydada toplanması və təhlil edilməsi;
Sektor üzrə tendensiyaların izlənməsi, nəticələr, tövsiyələr və analitik dəstəyin göstərilməsi məqsədi ilə rəhbərliyə həm dövri, həm də tələb əsasında təqdim etmək üçün hesabatlar və təqdimatlar hazırlanması;
Strategiya və biznesin inkişafı komandalarına layihə idarəçiliyində və əsas təşəbbüslərin həyata keçirilməsində dəstək göstərilməsi.
Tələblər
İqtisadiyyat, Maliyyə, Biznesin İdarəedilməsi və ya oxşar sahədə bakalavr dərəcəsi.
Sahə üzrə 2 illik iş təcrübəsi, konsaltinq şirkətlərində işləmiş namizədlərə üstünlük verilir.
Strateji məlumatları effektiv şəkildə təqdim etmək üçün güclü tədqiqat və təqdimat bacarıqları.
Mürəkkəb konsepsiyaları aydın və qısa şəkildə izah etməklə mükəmməl ünsiyyət və təqdimat bacarıqları.
Komanda mühitinə sürətli adaptasiya və birgə iş bacarıqları.
CFA Level 1 və ya FMVA sertifikatı üstünlükdür.
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də qabaqcıl səviyyədə bilik.
İngilis dili biliyi vacibdir, Rus dili bilikləri arzuolunandır.