Yalama Agropark LLC
Ana səhifə
/
/
/
İstedadlar Bazası (Talent Pool)

İstedadlar Bazası (Talent Pool)

09-10-2026

114

Təsvir

Hörmətli namizəd,


Agro Dairy-nin Heyvandarlıq biznes istiqamətinə göstərdiyiniz marağa və komandamıza qoşulmaq istəyinizə görə Sizə təşəkkür edirik.


Heyvandarlıq biznes istiqaməti ölkənin kənd təsərrüfatı sektorunda xüsusi çəkiyə malik olmaqla yanaşı, müasir standartlara cavab verən istehsalat mühiti təklif edir. Heyvandarlıq biznesimizə əsasən Qəbələ Aqropark və Yalama Aqropark, həmçinin onların nəzdində fəaliyyət göstərən Xaçmaz və Ağsu təsərrüfatları daxildir.


Kənd təsərrüfatı və heyvandarlıq sahəsinin inkişafına töhfə verə biləcək peşəkarları tanımaq bizim üçün hər zaman önəmlidir. Əgər hazırda profilinizə uyğun aktiv vakansiyamız yoxdursa, lakin gələcəkdə qeyd olunan müəssisələrimizdə komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi məmnuniyyətlə istedadlar bazamıza (Talent Pool) əlavə edə bilərsiniz.


Müraciət edərkən diqqət etməyiniz xahiş olunur: Müraciət zamanı profilinizdəki "Başlıq" (Headline) hissəsinə maraqlandığınız xüsusi sahəni (məsələn: Baytarlıq, Zootexnik, SƏTƏM, Anbardar və s.) və üstünlük verdiyiniz iş yerini (Qəbələ, Yalama, Xaçmaz və ya Ağsu) qeyd etməyiniz profilinizin düzgün kateqoriyalaşdırılması üçün çox faydalıdır.


Gələcəkdə təhsilinizə və peşəkar təcrübənizə uyğun yeni karyera imkanları yarandığı təqdirdə, namizədliyiniz müvafiq işə qəbul prosesi çərçivəsində ilk olaraq bu baza üzərindən dəyərləndiriləcək və bu barədə Sizə məlumat veriləcəkdir.


Karyera yolunuzda uğurlar arzu edirik!

Tələblər

Heyvandarlıq biznes istiqamətində fəaliyyət göstərən vəzifələr:


  • Anbardar
  • Direktor köməkçisi
  • Logistika üzrə mütəxəssis
  • Sürücü
  • Heyvandarlıq üzrə təcrübəçi
  • Sürü idarəetmə üzrə mütəxəssis
  • Traktor sürücüsü
  • Xadimə
  • Zootexnik
  • Aqronom
  • Briqadir
  • Mexanik
  • Qaraj texniki
  • Təmirçi çilingər
  • Operator
  • İT üzrə mütəxəssis
  • Mühasib
  • İR təcrübəçi
  • İR üzrə mütəxəssis
  • SƏTƏM üzrə mütəxəssis
  • Hüquqşunas
  • Ekskavator sürücüsü
  • Qaynaqçı
  • Elektrik mühəndisi
  • Keyfiyyətə nəzarət üzrə mütəxəssis
  • Satınalma üzrə mütəxəssis
  • Mühafizə
  • Aşpaz
  • Bağban
  • Elektrik
  • Fəhlə
  • Feldşer
  • İnzibati işləri üzrə mütəxəssis
  • Fəhlə (Ferma ərazisində çalışan)
  • Baytar
  • Baytarlıq və Zootexnik üzrə təcrübəçi
  • Süni mayalanma üzrə mütəxəssis

Vakansiya haqqında

Son tarix

December 31, 2027

Paylaşılıb

oktyabr 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı