
Hörmətli namizəd,
Agro Dairy-nin Heyvandarlıq biznes istiqamətinə göstərdiyiniz marağa və komandamıza qoşulmaq istəyinizə görə Sizə təşəkkür edirik.
Heyvandarlıq biznes istiqaməti ölkənin kənd təsərrüfatı sektorunda xüsusi çəkiyə malik olmaqla yanaşı, müasir standartlara cavab verən istehsalat mühiti təklif edir. Heyvandarlıq biznesimizə əsasən Qəbələ Aqropark və Yalama Aqropark, həmçinin onların nəzdində fəaliyyət göstərən Xaçmaz və Ağsu təsərrüfatları daxildir.
Kənd təsərrüfatı və heyvandarlıq sahəsinin inkişafına töhfə verə biləcək peşəkarları tanımaq bizim üçün hər zaman önəmlidir. Əgər hazırda profilinizə uyğun aktiv vakansiyamız yoxdursa, lakin gələcəkdə qeyd olunan müəssisələrimizdə komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi məmnuniyyətlə istedadlar bazamıza (Talent Pool) əlavə edə bilərsiniz.
Müraciət edərkən diqqət etməyiniz xahiş olunur: Müraciət zamanı profilinizdəki "Başlıq" (Headline) hissəsinə maraqlandığınız xüsusi sahəni (məsələn: Baytarlıq, Zootexnik, SƏTƏM, Anbardar və s.) və üstünlük verdiyiniz iş yerini (Qəbələ, Yalama, Xaçmaz və ya Ağsu) qeyd etməyiniz profilinizin düzgün kateqoriyalaşdırılması üçün çox faydalıdır.
Gələcəkdə təhsilinizə və peşəkar təcrübənizə uyğun yeni karyera imkanları yarandığı təqdirdə, namizədliyiniz müvafiq işə qəbul prosesi çərçivəsində ilk olaraq bu baza üzərindən dəyərləndiriləcək və bu barədə Sizə məlumat veriləcəkdir.
Karyera yolunuzda uğurlar arzu edirik!
Heyvandarlıq biznes istiqamətində fəaliyyət göstərən vəzifələr:
Son tarix
December 31, 2027
Paylaşılıb
oktyabr 9, 2026
Vakansiya növü
Tam ştat

Ferrum Kapital ● Bakı, Azərbaycan
09-10-2026
534

Ferrum Kapital ● Bakı, Azərbaycan
08-10-2026
585

Qalan AZ ● Bakı, Azərbaycan
03-10-2026
749

AzərPambıq ASK MMC ● İmişli, Azərbaycan
Bu gün
25

AzərPambıq ASK MMC ● Tərtər, Azərbaycan
Dünən
95