Yalama Agropark LLC

Baytar həkim

04-06-2025

166

Təsvir

  • Təsərrüfat üzrə müalicə, proflaktika və epizotik xəstəliklərə qarşı tədbirlər planı (vaksinasiya) icra etmək;
  • Bütün müalicə profilaktiki və baytar - sanitariya tədbirlərini vaxtında və qaydalara uyğun aparılmasını təmin etmək;
  • Süni mayalanma və təbii cütləşmə qaydalarına nəzarət etmək və çoxalma proqramının həyata keçirilməsini təmin etmək;
  • Sürüdə olan xəstə heyvanların aşkar olunmasını təmin etmək və Baş Baytar həkimə bu barədə məlumat vermək;
  • Baş Baytar həkimin təyin etdiyi müalicə metodu ilə xəstə heyvanların müalicə profilaktika işlərini icra etmək;
  • Buzovluqda xidmət aparan Baytar həkim buzovların sağlamlığı, proseslərin qeydiyyatını, vaksinasiya proqramlarının həyata keçirilməsini, xəstə buzovların nəzarətdə saxlanılmasını, müalicəsini, təlimata uyğun şəkildə buzovların südlənmə və yemlənməsini, buzov altlıqlarının təmizliyi, dezinfeksiyası, ümumi buzovluq tövləsinin təmizliyini təmin və nəzarət etmək.

Tələblər

  • Baytarlıq sahəsi üzrə ali təhsil;
  • Baytarlıq preparatlarının tətbiqi və istifadəsi üzrə biliklər;
  • Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
  • Xarici dil biliyinin olması üstünlükdür;
  • Məsuliyyətli, intizamlı olmalı;
  • Komanda ilə işləmə bacarığına sahib olmalı.

Vakansiya haqqında

Son tarix

July 3, 2025

Paylaşılıb

iyun 4, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı