Yalama Agropark LLC
Ana səhifə
/
/
/
Baytar təcrübəçi (Yalam Aqropark)

Baytar təcrübəçi (Yalam Aqropark)

Bu gün

11

Təsvir

Yalama Aqropark MMC gənc istedadların kəşf edilməsi və aqrar sektorda peşəkar kadrların yetişdirilməsi məqsədilə Baytar Həkim ixtisası üzrə təcrübə proqramı elan edir.


Bu proqram karyerasını heyvandarlıq və kənd təsərrüfatı sahəsində qurmaq istəyən, öyrənməyə həvəsli və inkişafa meyilli yeni məzunlar üçün ideal fürsətdir.

Tələblər

Təcrübə proqramı çərçivəsində öyrənəcəyiniz və iştirak edəcəyiniz proseslər:


  • Müalicə və Profilaktika: Təsərrüfat üzrə epizotik xəstəliklərə qarşı vaksinasiya planının icrası, xəstə heyvanların aşkarlanması və təyin edilmiş metodla müalicə-profilaktika işlərinin aparılması.
  • Doğuş və Çoxalma: Doğuş proseslərinə müdaxilə, doğuş sonrası müalicə, heyvanlarda boğazlığın müayinəsi, süni mayalanma və təbii cütləşmə proqramlarının icrasına nəzarət.
  • Buzovlara Qulluq: Buzovların müayinəsi, müalicəsi, buynuzsuzlaşdırılması; onların südlənməsi, yemlənməsi və altlıqların təmizliyi/dezinfeksiyası proseslərinə nəzarət.
  • Sanitariya və Nəzarət: Heyvanlar saxlanılan binalarda dezinfeksiya işlərinin təşkili, tələf olan heyvanlardan analiz materiallarının götürülməsi və məhv edilməsinə nəzarət, karantin tədbirlərinin icrası.
  • Uçot və Sənədləşmə: Baytarlıq preparatlarının sifarişi, dərmanların saxlanılması və istifadəsinə nəzarət, müvafiq qeydiyyat jurnallarında uçot-hesabat işlərinin aparılması.


Namizədə dair Tələblər:

  • Təhsil: Baytarlıq təbabəti üzrə ali təhsilini yeni bitirmiş məzun.
  • Şəxsi keyfiyyətlər: Karyerasını bu sahədə davam etdirməyə yüksək həvəs, potensial inkişafa meyillilik və gərgin iş rejimində öyrənmək istəyi.


Vakansiya haqqında

Son tarix

August 7, 2026

Paylaşılıb

iyul 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı