Yalama Agropark LLC

Elektrik çilingəri

Bu gün

25

Təsvir

  • Gündəlik olaraq elektrik avadanlıqlarının monitorinqini həyata keçirmək;
  • Müəssisədə mövcud olan elektrik avadanlıqlarına və qurğularına xidmət göstərmək;
  • Xüsusi ləvazimatlar və alətlərdən istifadə etməklə müxtəlif sabit və dəyişən cərəyan elektrik avadanlıqlarının təmiri üzrə işləri yerinə yetirmək;
  • Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərini yerinə yetirmək;
  • Elektrik avadanlıqları və qurğularını təmirdən sonra sınaqdan keçirmək və sazlanması işlərini görmək, onları istismara buraxılmağa hazırlamaq;
  • Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə məsuliyyətlə yanaşmaq;
  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik və mülkü-müdafiə qaydalarına riayət etmək.

Tələblər

  • Elektrik və ya texniki ixtisas üzrə orta ixtisas və ya peşə təhsili;
  • Elektrik sahəsində iş təcrübəsi arzuolunandır;
  • Elektrik sxemlərini oxumaq və onlarla işləmək bacarığı;
  • Təhlükəsizlik standartları haqqında bilik;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komanda ilə işləmək bacarmaq.

Vakansiya haqqında

Son tarix

November 19, 2025

Paylaşılıb

oktyabr 29, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Gündəlik qidalanma
  • Nəqliyyat servisi