Avadanlıqların quraşdırılması və texniki xidməti:
- Elektrik və elektronika sistemlərinin düzgün quraşdırılmasını təmin etmək;
- Yeni alınan texnoloji avadanlıqların texniki şərtlərinə uyğun montajına nəzarət etmək;
- Mövcud sistemlərin profilaktik baxışını və təmirini təşkil etmək.
Avadanlıqların monitorinqi və texniki nəzarət:
- Süd sağım sistemləri, avtomatik yemləmə sistemləri, yempaylayan və yemxırdalayan maşınlar, süd taksiləri, suvarma və havalandırma sistemlərinə nəzarət etmək;
- Temperatur, nəmlik və digər sensorlardan gələn siqnallara əsasən texniki tədbirlər görmək;
- SCADA, PLC və digər avtomatlaşdırma sistemlərinin işinə nəzarət etmək.
Təhlükəsizlik və enerji səmərəliliyi:
- Elektrik sistemlərinin yanğın və təhlükəsizlik normalarına uyğunluğunu təmin etmək;
- Enerji sərfiyyatına nəzarət və optimallaşdırma təklifləri hazırlamaq;
- Ehtiyat enerji mənbələrinin (generator, UPS və s.) vəziyyətini daim yoxlamaq.
Qeydlərin aparılması və hesabat:
- Avadanlıq xətaları və müdaxilələrlə bağlı elektron qeydiyyat sistemlərini idarə etmək;
- Aylıq və illik texniki hesabatları hazırlamaq.
İnnovasiya və inkişaf:
- Yeni texnologiyaların tətbiqi üzrə təkliflər hazırlamaq;
- Avtomatlaşdırma sistemlərinin tətbiq imkanlarını araşdırmaq.