Zootexnikin verdiyi rasion və qrafik üzrə yemlərin yem anbarlarından düzgün götürmək və qarışdırıb doğramaq, düzgün və vaxtında təyin olunmuş qruplara paylamaq;
Yem rasionunda təyin edilmiş ardıcıllığa əməl etmək;
Növbəyə başlayarkən yeni rasionu yem paylama proqramına daxil edilməsinə əmin olmaq;
Yem paylama proqramında verilən ardıcıllığa əsasən yemləri paylamaq və kənarlaşmaya yol verməmək;
Plan üzrə gündəlik olaraq texnikanın hərəkət hissələrinin yağlanmasını və yanacaq yüklənməsini təmin etmək.
Tələblər
Orta təhsil və ya texniki peşə təhsili;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Kənd təsərrüfatında istifadə olunan maşın və avadanlıqlar haqqında hərtərəfli bilik və məlumata sahib olmaq;
Traktor idarə etmək üçün sürücülük vəsiqəsi;
Komanda ilə işləmə bacarıqları;
Ağsu rayonundan olan namizədlərə üstünlük veriləcək.