Agrotrade Supply MMC
Ana səhifə
/
/
/
Avtomatika mühəndisi (Ağdaş)

Avtomatika mühəndisi (Ağdaş)

Dünən

116

Təsvir

Avtomatika mühəndisi istehsalatda və digər sahələrdə avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarı işlərinin icrası.


Əsas vəzifə və öhdəliklər:

  • İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə layihələrin hazırlanması və tətbiqi;
  • PLC(Schneider,Siemens ), SCADA və digər idarəetmə sistemlərinin proqramlaşdırılması və sazlanması;
  • Sahədə avtomatik idarəetmə sistemlərinin, sensorların, invertorların və istehsal avadanlıqlarının düzgün işləməsininin təmin edilməsi;
  • Sensor, ötürücü, rele və digər avtomatika avadanlıqlarının seçilməsi və tətbiqi;
  • Elektrik sxemlərinin oxunması və tərtib edilməsi;
  • Avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki xidmətinin təşkili;
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • Texniki sənədlərin hazırlanması (sxemlər, hesabatlar, təlimatlar);
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət;
  • Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi;
  • Bütün komanda üzvləri üçün təhlükəsiz və sağlam iş yerinin yaradılmasını təşviq edən SƏTƏM qaydalarına ciddi riayət olunmasını təmin edilməsi;
  • Rəhbərinə avadanlıqlardakı dəyişikliklər, nasazlıqlar və təmir ehtiyacları barədə hesabat vermə;
  • Tabeçiliyində olan avadanlıq və qurğuların ehtiyat hissələrinin hesabatını rəhbərliyə təqsdim edilməsi.


İş yeri: Ağdaş rayonu

Tələblər

  • Mühəndislik üzrə ali təhsil;
  • Avtomatika sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
  • Avtomatika normativləri və qaydaları haqqında dərin biliklər;
  • Elektrik və elektronika əsasları üzrə biliklər;
  • AutoCAD, SCADA, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
  • Yeni invertorların və digər nəzarət modullarının qurlaşdırılması bacarığı;
  • PLC proqramlaşdırma dilləri (Ladder, FBD və s.);
  • Şəxsi avtomobil olması üstünlükdür. (Məcburi deyil);
  • Xidməti zərurətlə əlaqədar Bakı şəhərinə və regionlara ezam olunmaq imkanı;
  • İT- biliklərinin olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

March 18, 2026

Paylaşılıb

fevral 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik

İmtiyazlar

  • Tibbi sığorta
  • Nahar təminatı
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük

Oxşar vakansiyalar