Agrotrade Supply MMC
Ana səhifə
/
/
/
Fəhlə (İstehsalat MİLL)

Fəhlə (İstehsalat MİLL)

Bu gün

88

Təsvir

Buğda emalı nəticəsində əldə olunan un və digər məhsulların standartlara uyğun qablaşdırılması, çəkilməsi, markalanması və anbara təhvil verilməsini təmin etmək.


  • Dəyirman istehsalı prosesində buğdanın emalı və hazır məhsulların istehsalında iştirak etmək;
  • Un və digər emal məhsullarının qablaşdırılmasını həyata keçirmək;
  • Məhsulların çəkilməsi, markalanması və etiketlənməsini təmin etmək;
  • Hazır məhsulların anbara və yükləmə sahəsinə daşınmasında iştirak etmək;
  • İstehsalat və qablaşdırma avadanlıqlarından düzgün istifadə etmək;
  • Keyfiyyətə nəzarət, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər istehsalat tapşırıqlarını yerinə yetirmək.



İmtiyazlar

  • 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
  • 🏥 Könüllü tibbi sığorta;
  • 🍽️ Nahar ilə təminat;
  • 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.


Tələblər

  • Dəqiqlik və diqqətlilik  
  • Fiziki tam sağlam
  • Komanda ilə işləmə bacarığı  
  • İstehsalat qaydalarına riayət etmə bacarığı


Vakansiya haqqında

Son tarix

December 5, 2026

Paylaşılıb

noyabr 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı