Agrotrade Supply MMC
Ana səhifə
/
/
/
Logistika üzrə mütəxəssis (Balakən)

Logistika üzrə mütəxəssis (Balakən)

Bu gün

13

Təsvir

"Azər Yem MMC" olaraq komandamıza sahə əməliyyatlarının kəsintisizliyini təmin edəcək, nəqliyyat və xüsusi texnika parkının effektiv koordinasiyasını idarə edəcək və daşınma planlarımızı maksimum səmərəliliklə reallaşdıracaq dinamik Logistika üzrə Mütəxəssis axtarırıq. Bu rol, sahədəki yükləmə-boşaltma proseslərinin operativ təşkilindən tutmuş, podratçıların fəaliyyətinə nəzarət və risklərin/boşdayanmaların minimuma endirilməsinə qədər geniş bir spektri əhatə edir.

Tələblər

Əsas Vəzifə Öhdəlikləri:


  • Nəqliyyatın Koordinasiyası: Sahədə yük avtomobillərinin və xüsusi texnikanın hərəkət qrafikini idarə etmək, daşınma planlarının vaxtında və tam icrasını təmin etmək.
  • Əməliyyatların Təşkili: Yükləmə və boşaltma proseslərini operativ planlaşdırmaq, nəqliyyat vasitələrini sahəyə vaxtında cəlb etmək və düzgün yönləndirmək.
  • Effektivlik və Problemlərin Həlli: Logistik proseslərdə yarana biləcek dayanma və gecikmələri (boşdayanmaları) minimuma endirmək, sahədəki operativ problemləri dərhal həll etmək.
  • Podratçıların İdarə Edilməsi: Podratçı texnikaların fəaliyyətinə birbaşa nəzarət etmək; iş həcmlərinin (reys sayı, tonnaj, iş saatları) dəqiq qeydiyyatını aparmaq.
  • Sənədləşmə və Kommunikasiya: Sahədə yerinə yetirilmiş işlərin ilkin sənədləşdirilməsini (qaimələr, aktlar və s.) təmin etmək və mərkəzi ofis komandası ilə davamlı, operativ məlumat mübadiləsi qurmaq.


Təhsil və Təcrübə:


  • Ali təhsil (Logistika, Nəqliyyatın idarə edilməsi, Kənd təsərrüfatı və ya əlaqəli sahələr üzrə).
  • Logistika, nəqliyyatın koordinasiyası və ya aqrar (kənd təsərrüfatı) sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması.


Texniki və Şəxsi Səriştələr:


  • MS Excel proqramında ilkin hesabatlılıq və cədvəllərlə işləmək bacarığı.
  • Yüksək analitik təfəkkür və sahədə yaranan fors-major situasiyalarda operativ qərarvermə qabiliyyəti.
  • Güclü ünsiyyət (kommunikasiya), komanda ilə işləmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

June 8, 2026

Paylaşılıb

may 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat