Nəzarətçi zavod ərazisində təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Növbə zamanı obyektdəki bağlayıcı qurğuların, yanğın inventarlarının, siqnalizasiya və rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlayır. Giriş və çıxış zamanı şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sənədlər əsasında yoxlanılmasını və qeydiyyatını aparır.
Vəzifə öhdəlikləri
- Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək
- Ərazisini nəzarətdə saxlamaq
- Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək
- Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq
- Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək
- Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək
- Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək
İş şəraiti
- İş rejimi: Növbəli ( 2 gün iş 2 gün istirahət)
- Nahar şirkət hesabına
- Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
- Əmək haqqı: 540 Fix maaş + Əlavələr
- İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)