A
Ana səhifə
/
/
Aparıcı təhlükəsizlik əməkdaşı / Layihə üzrə qrup rəhbəri (Patrul)

Aparıcı təhlükəsizlik əməkdaşı / Layihə üzrə qrup rəhbəri (Patrul)

  • Tam ştat

Bu gün

88

Təsvir

Aparıcı təhlükəsizlik əməkdaşı


FMG-nin layihələri üzrə mühafizə xidmətinin işini təşkil etmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.


Vəzifə öhdəlikləri:

  • Mühafizə əməkdaşlarının işinə, davamiyyətinə və növbə qrafiklərinə nəzarət etmək;
  • Obyektlərdə təhlükəsizlik yoxlamaları aparmaq və aşkar edilən nöqsanların aradan qaldırılmasını izləmək;
  • İnsidentlər və qayda pozuntuları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Xidməti hesabatları və digər zəruri sənədləri hazırlamaq;
  • Müştəri nümayəndələri ilə işgüzar münasibətləri qorumaq və xidmət keyfiyyətinin artırılması üçün təkliflər vermək;
  • Yeni əməkdaşların təlimatlandırılmasına və işə uyğunlaşmasına dəstək göstərmək.


Tələblər:

  • Mühafizə sahəsində iş təcrübəsi;
  • Əməkdaşların fəaliyyətini təşkil etmək və onlara nəzarət etmək bacarığı;
  • Rus dili biliyi;
  • Microsoft Word və Excel proqramlarından istifadə bacarığı;
  • Hesabat və xidməti sənədlər hazırlamaq bacarığı;
  • Məsuliyyətlilik, intizam, operativ qərarvermə və ünsiyyət bacarığı.


Layihə üzrə qrup rəhbəri (Patrul)


Patrul xidmətinin işini təşkil etmək, patrul əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və obyektlərdə təhlükəsizlik vəziyyətinə nəzarət etmək.


Vəzifə öhdəlikləri:

  • Patrul marşrutlarını və yoxlamaların təşkilini təmin etmək;
  • Patrul əməkdaşlarına tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
  • Obyektlərdə təhlükəsizlik vəziyyətini yoxlamaq, risk və nöqsanları müəyyən etmək;
  • Aşkar edilmiş problemlər və qayda pozuntuları barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
  • Patrul yoxlamaları və aşkar edilmiş nöqsanlar üzrə hesabatlar hazırlamaq;
  • Xidməti avtomobildən istifadə etməklə patrul yoxlamalarını həyata keçirmək və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin etmək.


Tələblər:

  • Mühafizə sahəsində iş təcrübəsi;
  • Yüksək əmək intizamı, diqqətlilik və məsuliyyətlilik;
  • Patrul yoxlamalarının təşkili və əməkdaşların fəaliyyətinə nəzarət bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması;
  • Yol hərəkəti qaydalarını bilmək və avtomobili təhlükəsiz idarə etmək bacarığı;
  • Komanda ilə işləmək və operativ qərarlar qəbul etmək bacarığı.

Tələblər

Vakansiya haqqında

Son tarix

November 20, 2026

Paylaşılıb

oktyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Xidmət sahələri