Aparıcı təhlükəsizlik əməkdaşı
FMG-nin layihələri üzrə mühafizə xidmətinin işini təşkil etmək, əməkdaşların fəaliyyətinə nəzarət etmək və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
- Mühafizə əməkdaşlarının işinə, davamiyyətinə və növbə qrafiklərinə nəzarət etmək;
- Obyektlərdə təhlükəsizlik yoxlamaları aparmaq və aşkar edilən nöqsanların aradan qaldırılmasını izləmək;
- İnsidentlər və qayda pozuntuları barədə rəhbərliyi məlumatlandırmaq;
- Xidməti hesabatları və digər zəruri sənədləri hazırlamaq;
- Müştəri nümayəndələri ilə işgüzar münasibətləri qorumaq və xidmət keyfiyyətinin artırılması üçün təkliflər vermək;
- Yeni əməkdaşların təlimatlandırılmasına və işə uyğunlaşmasına dəstək göstərmək.
Tələblər:
- Mühafizə sahəsində iş təcrübəsi;
- Əməkdaşların fəaliyyətini təşkil etmək və onlara nəzarət etmək bacarığı;
- Rus dili biliyi;
- Microsoft Word və Excel proqramlarından istifadə bacarığı;
- Hesabat və xidməti sənədlər hazırlamaq bacarığı;
- Məsuliyyətlilik, intizam, operativ qərarvermə və ünsiyyət bacarığı.
Layihə üzrə qrup rəhbəri (Patrul)
Patrul xidmətinin işini təşkil etmək, patrul əməkdaşlarının fəaliyyətini əlaqələndirmək və obyektlərdə təhlükəsizlik vəziyyətinə nəzarət etmək.
Vəzifə öhdəlikləri:
- Patrul marşrutlarını və yoxlamaların təşkilini təmin etmək;
- Patrul əməkdaşlarına tapşırıqlar vermək və onların icrasına nəzarət etmək;
- Obyektlərdə təhlükəsizlik vəziyyətini yoxlamaq, risk və nöqsanları müəyyən etmək;
- Aşkar edilmiş problemlər və qayda pozuntuları barədə aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Patrul yoxlamaları və aşkar edilmiş nöqsanlar üzrə hesabatlar hazırlamaq;
- Xidməti avtomobildən istifadə etməklə patrul yoxlamalarını həyata keçirmək və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını təmin etmək.
Tələblər:
- Mühafizə sahəsində iş təcrübəsi;
- Yüksək əmək intizamı, diqqətlilik və məsuliyyətlilik;
- Patrul yoxlamalarının təşkili və əməkdaşların fəaliyyətinə nəzarət bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması;
- Yol hərəkəti qaydalarını bilmək və avtomobili təhlükəsiz idarə etmək bacarığı;
- Komanda ilə işləmək və operativ qərarlar qəbul etmək bacarığı.