A
Ana səhifə
/
/
Əmək Haqqı və HR Əməliyyatları üzrə aparıcı mütəxəssis

Əmək Haqqı və HR Əməliyyatları üzrə aparıcı mütəxəssis

  • Tam ştat

Bu gün

25

Təsvir

  • İş vaxtının uçotu, davamiyyət və növbə qrafiklərinin düzgün aparılmasına nəzarət etmək;
  • Davamiyyət məlumatlarını toplamaq, yoxlamaq və əmək haqqı hesablamaları üçün hazırlamaq;
  • Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (xəstəlik vərəqələri) və digər iş vaxtı məlumatlarının sistemə daxil edilməsini və düzgünlüyünü təmin etmək;
  • Əmək haqqı hesablanması prosesində iştirak etmək və müvafiq məlumatların düzgünlüyünü yoxlamaq;
  • Əmək haqqı, davamiyyət və iş vaxtı uçotu üzrə hesabatlar hazırlamaq;
  • Kadr dəyişikliklərinin (işə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişiklikləri, xitamlar və s.) sistemdə düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Əmək haqqı və iş vaxtı uçotu ilə bağlı əməkdaşların müraciətlərini cavablandırmaq;
  • İnsan resursları informasiya sistemlərində məlumatların aktuallığını və düzgünlüyünü təmin etmək;
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədlərin hazırlanmasında iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Əmək haqqı, kadr inzibatçılığı və ya HR əməliyyatları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi üzrə biliklər;
  • İş vaxtının uçotu, məzuniyyət, xəstəlik vərəqələri və əmək haqqı hesablamaları üzrə praktiki təcrübə;
  • MS Excel və 1C proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dilində işgüzar səviyyədə bilik;
  • Diqqətlilik və dəqiqlik;
  • Analitik düşüncə;
  • Məsuliyyətlilik;
  • Məxfi məlumatlarla işləmək bacarığı;
  • Vaxtın effektiv idarə olunması.

Vakansiya haqqında

Son tarix

August 7, 2026

Paylaşılıb

iyul 8, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;