A
Ana səhifə
/
/
İctimaiyyətlə əlaqələr və Media üzrə mütəxəssis

İctimaiyyətlə əlaqələr və Media üzrə mütəxəssis

  • Tam ştat

Bu gün

154

Təsvir

  • Şirkət və təşkilatın fəaliyyətlərini və yeniliklərini ictimaiyyətə çatdırmaq üçün informativ, maraqlı və aktual məzmunların hazırlanması;
  • Rəqəmsal platformalar (sayt, sosial media, e-bülleten və s.) üçün yaradıcı və məqsədyönlü kontentin hazırlanması;
  • Məlumatların etibarlı və rəsmi mənbələrdən toplanaraq sadə və başa düşülən dildə təqdim edilməsi;
  • İctimaiyyətlə əlaqələr üzrə yeniliklərin izlənməsi və aktual mövzularla bağlı maarifləndirici məqalələrin hazırlanması;
  • Şirkətin imicini gücləndirmək məqsədilə press-relizlər, çıxış mətnləri, elanlar və xəbərlərin yazılması;
  • Mətnlərin SEO qaydalarına uyğun optimallaşdırılması və axtarış sistemlərində görünürlüyün artırılmasına dəstək verilməsi;
  • Media ilə əlaqələrin qurulması və mətbuatla əməkdaşlığın artırılması.

Tələblər

  • Jurnalistika, Filologiya, PR və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • İctimaiyyətlə əlaqələr sahəsində ən azı 3–4 illik təcrübə (xüsusilə texnologiya sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan və Rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, İngilis dilində yazı yazma bacarığı;
  • Mürəkkəb mövzuları sadə və aydın şəkildə təqdim etmə qabiliyyəti;
  • Fərqli platformalar (sayt, e-mail, reklam və s.) üçün kreativ və effektiv məzmun hazırlamaq bacarığı;
  • Məlumatları tədqiq edərək strukturlaşdırılmış şəkildə təqdim etmək qabiliyyəti;
  • Yeni media trendlərini izləyərək şirkətin kommunikasiyalarına uyğunlaşdırmaq bacarığı;
  • Komanda ilə işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı.


Üstünlük sayılan bacarıqlar:

  • SEO optimizasiyası və media əlaqələri sahəsində dərin biliklər;
  • Qlobal və yerli media trendlərini izləmək və buna uyğun məzmun strategiyaları hazırlamaq bacarığı;
  • Mətbuatla əlaqələr və ya media kampaniyaları üzrə təcrübə.


İş qrafiki: 9:00 - 18:00 (həftədə 5 iş günü olmaqla)


Vakansiya haqqında

Son tarix

May 24, 2025

Paylaşılıb

aprel 25, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər