İstehsal olunan məhsulların orqanoleptik və fiziki-kimyəvi analizlərini aparmaq. İstehsalatda istifadə olunan əsas və köməkçi xammalların standartlara və təsdiq olunmuş analiz sertifikatlarına uyğun analizlərini aparmaq. İstehsalat sahələrində təyin edilmiş zaman ərzində normativ sənədlərə əsaslanaraq məhsullardan nümunələr götürmək. Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından onların öz təlimatlarına uyğun istifadə etmək.
Tələblər
Cinsi: Kişi
Yaş həddi: 20-35
Təhsil: Ali (Kimya, Kimya mühəndisliyi üzrə təhsil)
İş təcrübəsi: 1-3 il
Vəzifə öhdəliyi:
Xammal və köməkçi materiallar, yarımfabrikat və hazır məhsul analizlərini (fiziki-kimyəvi və orqanoleptik) etmək;
İstifadə olunan reaktivləri yoxlamaq, ehtiyac yaranarsa reaktiv məhlulları hazırlamaq;
Etdiyi analizlərin hesabatlarını aparmaq, qeydlərini tutmaq və raporlamaq;
Laboratoriyada çalışdığı sahəni və vəsaitləri sanitar-gigiyenik qaydalarına uyğun saxlamaq;
Əmək intizamına ciddi əməl etməli, növbəni vaxtında təhvil verməli və almalıdır, iş yerində təmizliyə əməl etməlidir;
Rəhbəri tərəfindən gələn təlimatlara görə istənilən analizləri aparmaq, işi planlaşdırıb icra etmək;
İstehsalat sahələrində təyin edilmiş zaman ərzində normativ sənədlərə əsaslanaraq məhsullardan nümunələr götürmək.