Heydər Əliyev Beynəlxalq Aeroportunda ASG şirkətlər qrupunda Dizel mühərrikləri üzrə mütəxəssis vəzifəsi üzrə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Dizel mühərriklərinin təmir işini yüksək səviyyədə yerinə yetirmək;
- Təmir olunacaq müxtəlif maşınların, mexanizmlərin və texnikaların təmir olunma metodlarını bilmək;
- Dizel mühərriklərinin təmir işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Təmir olunacaq bütün dizel mühərriklərinin quruluşunu və xüsusiyyətlərini bilmək, təmir zamanı istifadə olunan avadanlıqların, köməkçi qurğuların iş prinsipini daimə öyrənmək;
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
- Əmək haqqı: 1855 AZN net
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma
- İşçilər xüsusi geyim forması ilə təmin olunurlar
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir