Aviation Services Group

Xüsusi maşın sürücüsü

05-02-2025

1K

Təsvir

Hava limanında ASG şirkətlər qrupunda Xüsusi maşın sürücü vəzifəsi üzrə işçi yığımı elan edilir.

Vəzifə öhdəlikləri

  • Müəssisəyə məxsus olan xüsusi avtonəqliyyat vasitəsi ilə hava gəmilərinə yerüstü xidmət göstərmək
  • Avtonəqliyyat vasitələrinin düzgün texniki istismarını həyata keçirmək
  • Təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək
  • Aşkar edilən bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat vermək
  • Avtonəqliyyat vasitəsinin lazımi təmir və profilaktik işləri barədə vaxtlı-vaxtında bilavasitə rəhbərinə məlumat vermək

Tələblər

  • Təhsili: tam orta 
  •  İş təcrübəsi: ağır və həcmli texnikaların idarə edilməsi bacarığı
  • Mexaniki idarə olunan nəqliyyat vasitələrini idarəetmə bacarığı
  • Sürücülük vəsiqəsi: BCD, BCDE kateqoriyalı (D kateqoriyanın olması mütləqdir)
  • İş qrafiki növbəli: (1-ci gün gündüz növbəsi 08:00-20:00, 2-ci gün gecə növbəsi 20:00-08:00, sonradan 2 gün istirahət)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu
  • Əmək haqqı: 867 AZN


Vakansiya haqqında

Son tarix

mart 30, 2025

Paylaşılıb

fevral 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri

İmtiyazlar

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma mövcuddur
  • İşçilər xüsusi geyim forması ilə təmin olunurlar