ATB Bank
Ana səhifə
/
/
/
Aparıcı Data Analitik

Aparıcı Data Analitik

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azerbaijan
  • Tam ştat

Bu gün

139

Təsvir

  • Müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, təmizlənməsi, transformasiyası və analitik emalını həyata keçirmək;
  • SQL və PL/SQL vasitəsilə məlumatların əldə edilməsi və mürəkkəb analitik sorğuların hazırlanmasını təmin etmək;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasını və avtomatlaşdırılmasını həyata keçirmək;
  • KPI və əsas biznes göstəricilərinin hesablanması, monitorinqi və təhlilini aparmaq;
  • Power BI, Apache Superset və digər BI platformalarında interaktiv dashboard və analitik hesabatlar hazırlamaq, mövcud hesabatları təkmilləşdirmək;
  • Məlumatların keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;
  • Böyük həcmli məlumatlar üzrə kompleks analizlər aparmaq, tendensiyaları və qanunauyğunluqları müəyyən etmək;
  • Biznes bölmələrinin hesabat və analitik ehtiyaclarını təhlil edərək müvafiq həllər hazırlamaq;
  • Ad-hoc sorğular əsasında operativ analitik hesabatlar hazırlamaq;
  • Analitik nəticələri və əsas göstəriciləri aidiyyəti struktur bölmələrə təqdim etmək;
  • Data Governance prinsiplərinə uyğun olaraq məlumatların keyfiyyətini, tamlığını və idarəolunmasını təmin etmək;
  • Hesabatların metodologiyasını, biznes qaydalarını və məlumat mənbələrini sənədləşdirmək.

Tələblər

  • Data analitikası, Business Intelligence və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil; İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Statistika, Riyaziyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
  • SQL və PL/SQL üzrə bilik;
  • Power BI\Superset və ya digər vizuallaşdırma alətləri ilə işləmək bacarığı;
  • Python və ya R vasitəsilə məlumatların təhlili üzrə bilik;
  • Data governance haqqında ümumi biliklər
  • Məlumatların təmizlənməsi və transformasiyası üzrə anlayış;
  • Dashboard, hesabat və analitik göstəricilərin hazırlanması bacarığı;
  • Statistik metodlar və analitik yanaşmalar üzrə bilik;
  • Böyük həcmli məlumatlarla işləmək və nəticələri düzgün şərh etmək bacarığı;
  • JSON, XML və API üzrə anlayış;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və işgüzar ünsiyyət bacarığı;
  • Bank məlumatları, məhsulları və biznes proseslərinə maraq.

Vakansiya haqqında

Son tarix

December 27, 2026

Paylaşılıb

noyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə