ATB Bank
Ana səhifə
/
/
/
Aparıcı mühəndis - Proqramçı ( Frontend developer - angular )

Aparıcı mühəndis - Proqramçı ( Frontend developer - angular )

  • ATB Bank
  • 192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

18

Təsvir

  • İnternet Bankinq sisteminin fasiləsiz və stabil fəaliyyətinin təmin edilməsi, yaranan texniki problemlərin operativ şəkildə araşdırılması və aradan qaldırılması;
  • İnternet Bankinq platforması üçün yeni funksionallıqların biznes tələblərinə uyğun şəkildə hazırlanması, inkişaf etdirilməsi və mövcud sistemə inteqrasiyası;
  • Yeni funksionallıqların tətbiqi zamanı sistem performansının və təhlükəsizliyinin qorunmasının təmin edilməsi;
  • Mövcud funksionallıqların təkmilləşdirilməsi, optimallaşdırılması və istifadəçi təcrübəsinin artırılması istiqamətində işlərin aparılması;
  • Biznes və digər texniki komandalarla əməkdaşlıq çərçivəsində tələblərin dəqiqləşdirilməsi və uyğun həllərin təqdim edilməsi;
  • Görülən işlər üzrə texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis, rus və ingilis dillərində yaxşı səviyyədə bilik;
  • Real layihələrdə, xüsusilə irimiqyaslı veb tətbiqlərdə minimum 3 il frontend (Angular) üzrə iş təcrübəsi;
  • Müasir Angular (v13+) ekosistemi, komponent arxitekturası və lifecycle hook-lar üzrə dərin biliklər;
  • RxJS ilə iş təcrübəsi;
  • State Management alətlərindən (NgRx, Akita və ya Elf) ən azı biri ilə iş təcrübəsi;
  • TypeScript üzrə irəli səviyyədə işləmə bacarığı (Interfaces, Generics, Utility Types);
  • Bank və maliyyə tətbiqləri üçün vacib olan veb təhlükəsizlik prinsipləri (XSS, CSRF, CORS, JWT) üzrə anlayış;
  • SCSS/SASS prosessorları və müasir CSS (Flexbox, Grid) ilə sərbəst işləmə bacarığı;
  • Git versiya nəzarət sistemindən səmərəli istifadə bacarığı (Git flow, branching strategiyaları);
  • Güclü məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
  • Yeni texnologiyaları öyrənməyə həvəs;
  • Verilən tapşırıqlara adaptasiya olma və müstəqil araşdırma aparmaq bacarığı. 

Vakansiya haqqında

Son tarix

May 1, 2026

Paylaşılıb

aprel 1, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə