ATB Bank
Ana səhifə
/
/
/
Metodologiya bölməsinin mütəxəssisi

Metodologiya bölməsinin mütəxəssisi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

06-02-2024

2.4K

Bağlanılıb

Təsvir

Biznes proseslərin idarə edilməsi departamentinin Biznes proseslərin təhlili şöbəsində Metodologiya bölməsinin mütəxəssisi

  • Bankdaxili normativ sənədlərin (əsasnamə, qayda, prosedur, metodologiya və s.) hazırlanması;
  • Mövcud bankdaxili normativ sənədlərin yenilənməsi (qanunvericiliyə, bank fəaliyyətinə nəzarət orqanlarının sənədlərinə və bankdaxili normativ sənədlərə dəyişikliklərin əks etdirilməsi);
  • Normativ sənədlərin hazırlanması və yenilənməsi ilə bağlı fəaliyyəti əhatə edilən strukturlar ilə görüşlərin keçirilməsi, tələblərin və məlumatların toplanılması və sənəd layihələrinin razılaşdırılması;
  • Normativ sənədlərdə nəzərdə tutulan proseslərin təsvirini müxtəlif redaktor proqramlarında modelləşdirmək (sxemləşdirmək);
  • Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
  • Dövri hesabatların hazırlanması.

Tələblər

  • Bakalavr təhsili (hüquqi və ya iqtisadi təhsil arzuolunandır);
  • Sahə və bank işi üzrə 2 il iş təcrübəsi;
  • Bankdaxili normativ sənədlərin (əsasnamə, qayda, prosedur, metodologiya və s.) hazırlanması təcrübəsi və bank prosesləri üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə
  • “Microsoft Office” proqramları üzrə biliklər (“MS Word”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının yüksək səviyyədə olması, “MS Excel” bacarıqlarının olması arzuolunandır);
  • Sənədləri düzgün tərtib etmək və biznes prosesləri düzgün təsvir etmək bacarığı;
  • Fikirlərini şifahi və yazılı aydın ifadə etmə bacarığı;
  • Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti;
  • Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;
  • Məsuliyyətlilik və operativlik;
  • Təşəbbüskarlıq, dəqiqlik və diqqətlilik;
  • Sərbəst araşdırma qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

mart 17, 2024

Paylaşılıb

fevral 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə