ATB Bank
Ana səhifə
/
/
/
“Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri”

“Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri”

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

04-09-2024

2.7K

Təsvir

  • Bankda dövlət fondları imkanları hesabına (İpoteka və Kredit Zəmanət Fondunun, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və s.) biznes subyektlərinin Maliyyələşməsi (kreditləşməsi) işinin təşkil edilməsi;
  •  Dövlət fondları ilə sıx əməkdaşlıq münasibətlərinin və qarşılıqlı məlumat, təcrübə mübadiləsinin təşkil edilməsi;
  • Mütəmadi qaydada bazar araşdırmalarının aparılması, yeni bank metod və texnologiyalarının, maliyyələşmə məhsullarının tətbiqi üzrə təkliflərin verilməsi;
  • Maliyyələşmə üçün yeni müştərilərin cəlb edilməsi məqsədilə satış kanallarının qurulması, ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil edilməsi;
  • Müştərilərin maliyyələşdirilməsi üzrə daxil olan sifarişlərin müvafiq qaydada ilkin emalı və optimal maliyyələşmə məhsulunun formalaşması;
  • Maliyyələşmənin düzgün sənədləşdirilməsinə, ayrılmış kreditlərin təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə;
  • Kredit satışı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Banklarda dövlət fondları imkanları hesabına olan  kreditlərin satışı sahəsində iş təcrübəsi;
  • MS Office proqramlarından (MS Excel yüksək səviyyədə) istifadə etmək bacarığı;
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq;
  • Analitik düşüncə və detallara qarşı diqqətlilik;
  • Stresə davamlılıq və kollektivdə işləmək bacarıqları;
  • Yenilikləri öyrənmə və tətbiq etmə bacarıqları. 

Vakansiya haqqında

Son tarix

oktyabr 14, 2024

Paylaşılıb

sentyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə