ATB Bank
Ana səhifə
/
/
/
İnformasiya təhlükəsizliyinin idarəetmə, risk və komplayens şöbəsinin aparıcı mühəndisi - İnformasiya Təhlükəsizliyi Departamenti

İnformasiya təhlükəsizliyinin idarəetmə, risk və komplayens şöbəsinin aparıcı mühəndisi - İnformasiya Təhlükəsizliyi Departamenti

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

190

Təsvir

  • İnformasiya təhlükəsizliyi üzrə prosedur və qaydaların hazırlanmasında birbaşa iştirak və onların tətbiqinin təmin edilməsi;
  • Bank əməkdaşları üçün informasiya təhlükəsizliyi üzrə təlimlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
  • İnformasiya təhlükəsizliyi infrastrukturu ilə bağlı daxili sənədlərin idarə edilməsinin təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə daxili və xarici audit proseslərində iştirak edilməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin və risklərinin idarə edilməsi proseslərində iştirak edilməsi;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər vəzifələrin icra edilməsi.


Tələblər

  • İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək;
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
  • ISO 27001, ISO 27002 və ISO 27005 standartları və informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə nəzəri və praktiki biliklər;
  • PCI DSS standartı və kart məlumatlarının qorunmasına dair tələblər üzrə biliklər;
  • COBIT və ITIL çərçivələri, İT idarəetmə və təhlükəsizlik prosesləri üzrə biliklər;
  • Texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • İnformasiya təhlükəsizliyi üzrə prosedur və qaydaları hazırlamaq, eləcə də onların tətbiqini təmin etmək bacarığı;
  • Əməkdaşlar üçün informasiya təhlükəsizliyi üzrə təlimlər keçirmək və maarifləndirmə tədbirləri həyata keçirmək bacarığı;
  • Jira ITSM platformasında proseslərin yaradılması və idarə edilməsi üzrə əsas biliklər;
  • İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları üzrə əsas biliklər;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq, intensiv iş rejimində və komandada işləmək bacarığı;
  • Xarici tərəfdaşlarla effektiv işgüzar kommunikasiya qurmaq və danışıqlar aparmaq bacarığı.


Vakansiya haqqında

Son tarix

December 5, 2026

Paylaşılıb

noyabr 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik