ATB Bank
Ana səhifə
/
/
/
Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı/ baş mütəxəssis (Bakı,Sumqayıt)

Kiçik və Orta Biznes Kreditlərinin satışı üzrə mütəxəssis / aparıcı/ baş mütəxəssis (Bakı,Sumqayıt)

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azərbaycan
  • Tam ştat

Bu gün

14

Təsvir

  • Müştərilərlə effektiv əlaqə kanallarının qurulması və inkişaf etdirilməsi prosesində iştirak etmək;
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketlərinin təqdim edilməsi, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif biznes nümayəndələri ilə görüşlərin təşkili və keçirilməsi;
  • Kiçik və Orta Biznes kredit məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasını təmin etmək;
  • Mövcud müştərilərdən "İnternet Bankçılıq", Çağrı Mərkəzi və digər kommunikasiya kanalları vasitəsilə daxil olan sorğuları qəbul etmək, araşdırmaq, cavablandırmaq, zərurət yarandıqda aidiyyəti struktur bölmələrə yönləndirmək və icrasına nəzarət etmək;
  • Bankın yeni məhsul və xidmətləri barədə Kiçik və Orta Biznes seqmentinə aid mövcud müştəriləri məlumatlandırmaq;
  • Azərbaycan Mərkəzi Bankı, dövlət qurumları və digər aidiyyəti təşkilatlardan daxil olan sorğuların müştərilər tərəfindən cavablandırılması prosesini koordinasiya etmək;
  • Satış üzrə Menecer tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək və bölmənin fəaliyyət istiqamətlərinə uyğun digər vəzifələri icra etmək.


Tələblər

  • Ali təhsil;
  • Bank, maliyyə və ya əlaqəli sahələrdə satış təcrübəsinin olması üstünlükdür;
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq, biznes ehtiyaclarını müəyyən etmək və uyğun həllər təqdim etmək bacarığı;
  • Aktiv müştəri axtarışı (cold calling, görüşlərin təşkili, sahə ziyarətləri) bacarığı;
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək.


Vakansiya haqqında

Son tarix

August 21, 2026

Paylaşılıb

iyul 22, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə