ATB Bank
Ana səhifə
/
/
/
Lead Software Engineer (Aparıcı mütəxəssis)

Lead Software Engineer (Aparıcı mütəxəssis)

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azerbaijan
  • Tam ştat

Bu gün

27

Təsvir


  • Rəqəmsal Bankçılıq sistemlərinin inkişafı və dəstəklənməsi, onların stabil, təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi;
  • Biznes tələblərinə uyğun yeni funksionallıqların layihələndirilməsi və hazırlanması;
  • Sistemlərin layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda iştirak;
  • Bankın daxili sistemləri və xarici platformalarla inteqrasiyaların layihələndirilməsi və həyata keçirilməsi;
  • İstifadə ssenarisinə uyğun texnologiyanın seçilməsi ilə Java, Go və ya Python əsasında servislərin, inteqrasiyaların və avtomatlaşdırma həllərinin hazırlanması;
  • Funksionallıqların texniki layihələndirmədən hazırlanma, test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşınması;
  • Kod icmalının (code review) aparılması, kodun keyfiyyətinin, təhlükəsizliyinin və dəstəklənə bilməsinin təmin edilməsi;
  • Komanda üzvlərinə texniki dəstək göstərilməsi və mentorluq edilməsi;
  • Kritik insidentlərin, performans problemlərinin və istehsal mühitində yaranan nasazlıqların araşdırılması və aradan qaldırılması;
  • Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının koordinasiyasında iştirak;
  • API spesifikasiyaları, sistem diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşmənin hazırlanması və yenilənməsi;
  • Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA, DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarının yerinə yetirilməsi.


Tələblər

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilir);
  • Proqram təminatının hazırlanması üzrə minimum 3 il müvafiq iş təcrübəsi;
  • OOP, SOLID, Clean Code və dizayn nümunələri (design patterns) üzrə dərin bilik və onları praktikada tətbiq etmək bacarığı;
  • Köhnə kodun (legacy code) təhlili və refaktorinq bacarığı;
  • Java 8+ və Spring ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Java 17+ biliyi üstünlükdür;
  • Go və ya Python üzrə praktiki biliklər (opsional);
  • Mikroservis arxitekturası və paylanmış sistemlərin layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik);
  • REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş təcrübəsi;
  • Oracle və ya PostgreSQL üzrə güclü SQL bilikləri;
  • OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri üzrə biliklər;
  • Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış testlər üzrə təcrübə;
  • Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı;
  • Üstünlük: bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.


Vakansiya haqqında

Son tarix

November 14, 2026

Paylaşılıb

oktyabr 15, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə