ATB Bank
Ana səhifə
/
/
/
Maliyyə və Təşkilati Risklərin idarə edilməsi Departamentinin Bazar və likvidlik risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

Maliyyə və Təşkilati Risklərin idarə edilməsi Departamentinin Bazar və likvidlik risklərin idarə edilməsi şöbəsinin mütəxəssisi

  • ATB Bank
  • 192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Dünən

45

Təsvir

  • Bazar və likvidlik risklərinin gündəlik izlənilməsi və nəzarət proseslərinin icrasında iştirak etmək;
  • Faiz dərəcəsi, valyuta və likvidlik riskləri üzrə hesabatların hazırlanmasına və məlumatların təhlilinə dəstək göstərmək;
  • Likvidlik “qəp” təhlilinin və pul axını proqnozlarının hazırlanmasında iştirak etmək;
  • Banklararası kredit, depozit və qiymətli kağızlara investisiya əməliyyatları üzrə risklərin qiymətləndirilməsini aparmaq və nəticələr əsasında rəy təqdim etmək;
  • Risk limitlərinə riayət olunmasının monitorinqini həyata keçirmək və uyğunsuzluqlar barədə aidiyyəti qaydada məlumat vermək;
  • Erkən xəbərdarlıq göstəricilərinin izlənilməsi və potensial risklərin müəyyən edilməsində iştirak etmək;
  • Yeni məhsullar və qeyri-adi bazar əməliyyatları üzrə ilkin risk rəyinin hazırlanmasında iştirak etmək;
  • Şöbədaxili hesabatlıq və analitik işlərin icrasında iştirak etmək.


Tələblər

  • İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil;
  • Bank sektorunda iş təcrübəsi (xüsusilə Risklərinin İdarə Edilməsi, Maliyyə və ya Xəzinədarlıq);
  • Səlis Azərbaycan dili və xarici dil bilikləri (İngilis dili zəruri);
  • Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları, qaydaları və tələbləri üzrə biliklər;
  • Statistika, verilənlərin təhlili və modelləşdirmə üzrə ilkin biliklər (Excel, SQL, R və ya Python proqramlaşdırma alətləri üzrə bilik və praktiki bacarıqların olması arzuolunandır);
  • CFA və ya FRM üzrə sertifikat əldə etməyə marağın olması.


Vakansiya haqqında

Son tarix

May 15, 2026

Paylaşılıb

aprel 15, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə