ATB Bank
Ana səhifə
/
/
/
Terminallarla iş üzrə mütəxəssis

Terminallarla iş üzrə mütəxəssis

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azərbaycan
  • Tam ştat

Bu gün

282

Təsvir

  • Bankın ödəniş terminallarının fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsini təmin etmək;
  • Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə terminalları test rejimində yoxlamaq;
  • Terminalların istifadəsinə dair təlimatları hazırlamaq, müvafiq sənədləşməni aparmaq və təlimatlara lazımi dəyişiklikləri vaxtında etmək;
  • Real iş rejimində olan terminalların istismar nəticələrini, proqram təminatındakı dayanmaları, eləcə də məlumat emalında keyfiyyət və sürətin aşağı düşməsi səbəblərini araşdırmaq, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Filialların və xidmət mərkəzlərinin texniki sorğularına cavab vermək;
  • ADM və Ödəniş Terminallarına texniki dəstək göstərmək (təmir, profilaktika, ümumi təmizlik).


Tələblər

  • Ali təhsil (texniki);
  • İnformasiya texnologiyaları sahəsində 3 illik iş stajı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək;
  • SQL bilikləri və sorğu yazmaq bacarığı;
  • Hardware (texniki avadanlıq) və software (proqram təminatı) üzrə ümumi biliklər
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, CASPEL və sair);
  • Yeni informasiya texnologiyaları və ofis avadanlığından səmərəli istifadə bacarığına malik olmaq.


Vakansiya haqqında

Son tarix

December 11, 2026

Paylaşılıb

noyabr 11, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə