Biznes və texniki tələbləri təhlil etmək və boşluqları erkən mərhələdə müəyyən etmək;
Məhsullar və relizlər üçün test strategiyasını və test planlarını müəyyən etmək;
Web, mobil və API üçün test case-ləri və çek-listləri hazırlamaq, yeniləmək və icra etmək;
Funksional, reqressiya, inteqrasiya və smoke testlərini aparmaq;
Mürəkkəb və yüksək riskli funksionallıqların (ödənişlər, kart prosessinqi, core banking inteqrasiyaları) testinə rəhbərlik etmək;
REST/SOAP API-ləri test etmək və SQL vasitəsilə verilənlər bazasındakı məlumatları yoxlamaq;
Avtomatlaşdırılmış testlər (UI və API) hazırlamaq və onları CI/CD pipeline-larına inteqrasiya etmək;
Xarici sistemlərlə (core banking, kart prosessinqi, ödəniş gateway-ləri, dövlət xidmətləri) inteqrasiya testləri aparmaq;
Qeyri-funksional testləri (performans, əsas təhlükəsizlik yoxlamaları) əlaqələndirmək və icra etmək;
Defektləri aydın reproduksiya addımları ilə qeydə almaq, izləmək və yoxlamaq;
Biznes tərəfdaşlarla UAT-ı və istehsal mühitinə reliz hazırlığını dəstəkləmək;
Junior komanda üzvlərinə mentorluq etmək və QA proseslərinin təkmilləşdirilməsinə töhfə vermək;
Agile/Scrum komandasında developerlər, biznes analitiklər və məhsul sahibləri ilə sıx əməkdaşlıq etmək.
Tələblər
Proqram təminatının testi sahəsində 1–5 il iş təcrübəsi (Aparıcı: 1–3 il, Baş: 3–5 il)
Test nəzəriyyəsi, test dizayn texnikaları (sərhəd qiymətlərin təhlili, ekvivalentlik siniflərinə bölmə, qərar cədvəlləri) və SDLC/STLC üzrə dərin bilik
Postman, SoapUI və ya digər oxşar alətlərlə API testi (REST, SOAP) üzrə güclü təcrübə
SQL üzrə yaxşı bilik və Oracle, PostgreSQL və ya MS SQL ilə iş təcrübəsi
Web və mobil tətbiqlərin (iOS/Android) testi üzrə təcrübə
Client-server və mikroservis arxitekturası, HTTP, JSON/XML haqqında anlayış
Test avtomatlaşdırması üzrə praktiki təcrübə (Selenium, Playwright, Appium və ya Rest Assured ilə Java/Kotlin/Python/TypeScript)
CI/CD alətləri (Jenkins, GitLab CI, GitHub Actions) və Git üzrə iş təcrübəsi
Jira, Confluence və test idarəetmə alətlərindən (TestRail, Zephyr, Xray) istifadə təcrübəsi
İngilis dili biliyi Intermediate və ya daha yüksək səviyyədə (Senior üçün Upper-Intermediate)
Bank sahəsində təcrübə: core banking sistemləri, kart prosessinqi, ödənişlər (SWIFT, ISO 20022, yerli ani ödəniş sistemləri) (üstünlükdür)
Tənzimləyici və təhlükəsizlik standartları (PCI DSS, OWASP, AML/KYC prosesləri) üzrə bilik (üstünlükdür)
Mesaj brokerləri (Kafka, RabbitMQ) və loqlama/monitorinq alətləri (Kibana, Grafana) ilə iş təcrübəsi (üstünlükdür)
Performans testi üzrə təcrübə (JMeter, Gatling, k6) (üstünlükdür)
Docker, Kubernetes və test mühitlərinin idarə edilməsi üzrə təcrübə (üstünlükdür)
Test strategiyalarının qurulması və digər QA mühəndislərinə mentorluq təcrübəsi (üstünlükdür)