Atəşgah Sığorta Şirkəti

Application Support

Bu gün

82

Təsvir

Vəzifə öhdəlikləri:

  • Əməkdaşların IMS proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti, məlumatlandırılması və konsultasiyasını həyata keçirmək;
  • Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırmaq;
  • “Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərini qəbul etmək, işləmək və müraciətlərin həlli prosesinə nəzarəti həyata keçirmək;
  • Mütəmadi baş verən texniki problemlərin seqmentasiyasını və analizlərini aparmaq
  • Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq;
  • Əməkdaşların IT sahəsi ilə bağlı ümumi suallarını cavablandırmaq;
  • Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları yerinə yetirmək.

 

Tələblər

Namizədə tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: ən azı 1 il müvafiq sahə üzrə
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
  • Proqram təminatı ilə bağlı sorğuların idarə olunması və həll olunmasının təmin etmək bacarığı;
  • MS SQL Server ilə iş bacarığı;
  • Log analiz etmə və loglardan effektiv axtarış etmə bacarığı;
  • Monitoring sistemleri ilə iş təcrübəsi (məsələn, Nagios, Zabbix, Prometheus, Grafana);
  • Task Management Sistemləri ilə İş Bacarığı (məsələn, JIRA, Trello, Asana,TFS, Microsoft Planner və s.);
  • Web Services ilə iş təcrübəsi (REST/SOAP);
  • Web requesting ilə işləmə bacarığı;
  • Exception-lar barədə məlumatlı olmalı;
  • Analitik təhlil etmə və operativlik bacarığı
  • Komandada işləmə bacarığı

İş şərtləri:

  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
  • Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Vakansiya haqqında

Son tarix

May 30, 2025

Paylaşılıb

may 19, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik