Atəşgah Sığorta Şirkəti
Ana səhifə
/
/
/
VİP müştərilərlə iş şöbəsi

VİP müştərilərlə iş şöbəsi

Bu gün

8

Təsvir

Əsas vəzifə öhdəlikləri


  • VIP müştərilərlə uzunmüddətli və etibarlı işgüzar münasibətlərin qurulması və qorunması
  • Müştərilərin müraciət və sorğularının operativ şəkildə cavablandırılması və həllinin təmin edilməsi
  • Sığorta müqavilələrinin rəsmiləşdirilməsi, yenilənməsi və müvafiq dəyişikliklərin həyata keçirilməsinin koordinasiyası;
  • Sığorta hadisələri zamanı müştərilərə lazımi dəstəyin göstərilməsi və prosesin aidiyyəti struktur bölmələrlə koordinasiyası;
  • VIP müştərilərin fərdi ehtiyaclarının müəyyən edilməsi və uyğun xidmət həllərinin təklif olunması;
  • Müştəri müraciətlərinin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə müştərilərin məlumatlandırılması;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi
  • Müştəri şikayət və təkliflərinin araşdırılması, həlli üçün müvafiq bölmələrlə əməkdaşlıq edilməsi
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması və daxili prosedurlara riayət olunması
  • Müştəri portfeli üzrə məlumatların yenilənməsi və müvafiq hesabatların hazırlanması
  • Müştərilərin ehtiyaclarına uyğun əlavə sığorta məhsulları və xidmətləri barədə məlumat verilməsi



  • Əmək müqaviləsi bağlanılır
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur


Tələblər

  •    Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  •    Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  •    Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  •    Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  •    Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı


Vakansiya haqqında

Son tarix

October 30, 2026

Paylaşılıb

oktyabr 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə