Avtolüks Azərbaycan MMC

Satış müdiri

10-05-2024

2.1K

Təsvir

1.    Ümumi biznesin məqsəd və vəzifələrinə uyğun olaraq satış hədəflərini və məqsədlərini müəyyən etmək. Hədəflərə çatmaq və ya onları aşmaq üçün satış planlarını və strategiyalarını hazırlamaq;

2.    Bazarda nüfuzu artırmaq, müştəri bazasını genişləndirmək və satış imkanlarını artırmaq üçün effektiv satış strategiyalarının, taktikalarının və təşəbbüslərin işlənib hazırlanması həyata keçirmək;

3.    Satışları proqnozlaşdırmaq və real hədəflər təyin etmək üçün satış məlumatlarını, bazar tendensiyalarını və müştəri davranışını təhlil etmək. Satış büdcəsini hazırlamaq;

4.    Satış performansı, bazar tendensiyaları və rəqabət təhlili ilə bağlı fikirləri müəyyən etmək, mütəmadi olaraq satış hesabatları barədə menecment üçün təqdimatlar hazırlamaq;

5.    Əsas müştərilərlə güclü əlaqələr qurmaq və saxlamaq, onların ehtiyaclarını anlamaq və yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək;

6.    Satış strategiyalarını ümumi biznes strategiyaları ilə uyğunlaşdırmaq üçün Marketinq, Brend uyğunluğu və digər şöbələrlə əməkdaşlıq etmək. Məhsulun inkişafı, qiymətqoyma və reklam fəaliyyətləri ilə bağlı məlumat və rəy vermək;

7.    Tabeçilikdə olan Satış təmsilçilərindən ibarət komandaya rəhbərlik etmək və idarə etmək;

8.    Satış komandasının fəaliyyətini yoxlamaq, fərdi və komandanın məqsədlərə doğru irəliləyişini izləmək, satış ölçülərini və KPI-ları (Əsas Performans Göstəriciləri) təhlil etmək. Təkmilləşdirmə üçün sahələri müəyyən etmək və zəruri hallarda düzəldici tədbirləri həyata keçirmək.

9.    Satış komandasına  bacarıqlarını, məhsul və satış texnikası ilə bağlı biliklərini artırmaq üçün təlimlər və seminarlar keçirmək. Fərdi komanda üzvlərinə performanslarını artırmaq üçün kouçinq və mentorluq etmək;

10.  Yeni tendensiyalar, rəqiblərin fəaliyyəti və bazar şərtləri ilə bağlı məlumatları yeniləmək. Yeni imkanlar, hədəf bazarlar və müştəri seqmentlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq.

Tələblər

1.    5 il müvafiq sahədə iş təcrübəsi ;

2.    Ali təhsil;

3.    Xarici dil bilikləri (İngilis-dili) ;



Vakansiya haqqında

Son tarix

iyun 19, 2024

Paylaşılıb

may 10, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə