Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq;
Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək;
Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək;
Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq;
Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək;
Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək;
Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək:
Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək;
Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq;
Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək.
Tələblər
Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə);
Beauty kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi;
Kateqoriyaların idarə olunması prinsipləri və məhsul həyat dövrü haqqında biliklər;
Assortimentin idarə olunması və tədarük planlamasında təcrübə;
Satış və bazar analizi aparmaq bacarığı, əsas göstəriciləri izləmək və hesabatlar hazırlamaq;
Promosiya və marketinq aksiyalarında iştirak təcrübəsi;
Komanda daxilində əməkdaşlıq və daxili proseslərdə koordinasiya bacarığı;
Analitik düşüncə, Excel və digər hesabat alətləri (poweBi,1c) üzrə bacarıq;
Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi;
Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı.