Təlimlərlə bağlı qanunvericilik və normativ-hüquqi sənədlər üzrə biliklərə malik olmaq, onların tətbiqini təmin etmək;
Bakı şəhəri və regionlarda təlimlərin planlaşdırılması, təşkili və keçirilməsini təmin etmək, bu prosesdə müvafiq struktur bölmələrlə koordinasiyalı əməkdaşlıq qurmaq;
Təlim prosesi və keyfiyyətinin qiymətləndirilməsində iştirak etmək, təlim öncəsi və sonrası qiymətləndirmə sorğularını aparmaq, nəticələri təhlil edərək təkmilləşdirmə təklifləri vermək;
Təlim-tədris bazasının möhkəmləndirilməsi, resurs təminatı və müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində tədbirlər həyata keçirmək;
Tədris planlarının, məşğələ cədvəllərinin və digər planlaşdırma sənədlərinin hazırlanmasını, həmçinin təlimçilərin işinin və dərs yükünün təşkilini təmin etmək;
Agentlik əməkdaşları üçün daxili təlimlərin təşkili, imtahanların keçirilməsi, təlimçi heyətin cəlb olunması, eləcə də tədris materialları və imtahan suallarının hazırlanması proseslərini həyata keçirmək;
Təlimlərin gedişi və keyfiyyəti həmçinin, dinləyicilərin davamiyyətini və müvəffəqiyyətini təhlil etmək, nöqsanların aradan qaldırılması və keyfiyyətin artırılması ilə bağlı təkliflər hazırlamaq;
Dinləyicilərin tədris materialları ilə təmin olunmasını, tədris sənədlərinin və hesabatların hazırlanmasını, arxivləşdirilməsini və zərurət olduqda istifadəsini təmin etmək.
Tələblər
Tam ali təhsil (nəqliyyat istiqaməti);
3 il iş təcrübəsi (Ali təhsil müəssisələrində tədris fəaliyyəti olması arzu olunandır);
Azərbaycan və Türk dilində sərbəst danışıq və yazı bacarığı, İngilis dili orta səviyyə;
Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
CorelDRAW, InDesign, AutoCAD, ArcGIS proqram bilikləri (arzuolunandır);
Təlim və tədris prosesinin təşkilində müasir informasiya texnologiyalarının tətbiqi üzrə bacarıq;
Əyani və elektron tədris materiallarının hazırlanması bacarığı;
Yüksək şifahi, yazılı ünsiyyət və təqdimat bacarıqları;