Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Təlim tədrisin təşkili şöbəsinin baş mütəxəssisi

Təlim tədrisin təşkili şöbəsinin baş mütəxəssisi

05-11-2025

124

Təsvir

  • Təlimlərlə bağlı qanunvericilik və normativ-hüquqi sənədlər üzrə biliklərə malik olmaq, onların tətbiqini təmin etmək;
  • Bakı şəhəri və regionlarda təlimlərin planlaşdırılması, təşkili və keçirilməsini təmin etmək, bu prosesdə müvafiq struktur bölmələrlə koordinasiyalı əməkdaşlıq qurmaq;
  • Təlim prosesi və keyfiyyətinin qiymətləndirilməsində iştirak etmək, təlim öncəsi və sonrası qiymətləndirmə sorğularını aparmaq, nəticələri təhlil edərək təkmilləşdirmə təklifləri vermək;
  • Təlim-tədris bazasının möhkəmləndirilməsi, resurs təminatı və müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində tədbirlər həyata keçirmək;
  • Tədris planlarının, məşğələ cədvəllərinin və digər planlaşdırma sənədlərinin hazırlanmasını, həmçinin təlimçilərin işinin və dərs yükünün təşkilini təmin etmək;
  • Agentlik əməkdaşları üçün daxili təlimlərin təşkili, imtahanların keçirilməsi, təlimçi heyətin cəlb olunması, eləcə də tədris materialları və imtahan suallarının hazırlanması proseslərini həyata keçirmək;
  • Təlimlərin gedişi və keyfiyyəti həmçinin, dinləyicilərin davamiyyətini və müvəffəqiyyətini təhlil etmək, nöqsanların aradan qaldırılması və keyfiyyətin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Dinləyicilərin tədris materialları ilə təmin olunmasını, tədris sənədlərinin və hesabatların hazırlanmasını, arxivləşdirilməsini və zərurət olduqda istifadəsini təmin etmək.

Tələblər

  • Tam ali təhsil (nəqliyyat istiqaməti);
  • 3 il iş təcrübəsi (Ali təhsil müəssisələrində tədris fəaliyyəti olması arzu olunandır);
  • Azərbaycan və Türk dilində sərbəst danışıq və yazı bacarığı, İngilis dili orta səviyyə;
  • Microsoft Office (Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
  • CorelDRAW, InDesign, AutoCAD, ArcGIS proqram bilikləri (arzuolunandır);
  • Təlim və tədris prosesinin təşkilində müasir informasiya texnologiyalarının tətbiqi üzrə bacarıq;
  • Əyani və elektron tədris materiallarının hazırlanması bacarığı;
  • Yüksək şifahi, yazılı ünsiyyət və təqdimat bacarıqları;
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
  • Qiymətləndirmə, monitorinq və təhlil bacarığı;
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı

Vakansiya haqqında

Son tarix

December 15, 2025

Paylaşılıb

noyabr 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Təhsil