Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Daşımalar üzrə böyük mütəxəssis

Dünən

187

Təsvir

  • Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən daşımalara dair tələblərə riayət olunmasına nəzarət etmək;
  • Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə daşıma qaydalarına əməl olunmasına nəzarət emək;
  • Vahid elektron platforma üzərindən daşımalarda müvafiq sənədlərin alınması üçün icraya gələn müraciətlərin yoxlanılması və rəhbərliyin təsdiqinə göndərilməsini təmin etmək;
  • Daşıyıcı şirkətlərin və sürücülərin müvafiq sənədlərin vahid elektron portaldan əldə olunması sayının artırılması istiqamətində tədbirlərin görülməsini təmin etmək;
  • Qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq tələbləri pozan daşıyıcılara münasibətdə tədbir görülməsi üçün struktur obyektlərinə daxil olmaq və zəruri sənədlərlə tanış olmaq;
  • Elektorn sənəd dövriyyəsi və elektron poçt vasitəsilə daxil olmuş müraciətlərə baxmaq və cavablandırmaq;
  • Şöbəyə daxil olan yazılı və şifahi məlumatları qrup rəhbərinə məruzə etmək;
  • Departament direktoru və şöbə müdirinin rəhbərliyi ilə keçirilən iclasların protokolunu tərtib etmək və qeydiyyata almaq;

Tələblər

  • Nəqliyyat, logistika və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • MS Office proqramlarını (Word, Excel, PowerPoint) yüksək səviyyədə bilmək;
  • Analitik və sistemli məntiqi yanaşma qabiliyyəti;
  • Məlumatların toplanması, təhlili və qərarvermədə tətbiqi bacarığı;
  • Məktub yazmaq, e-mail vasitəsilə yazılı ünsiyyət qurmaq və rəsmi sənədlərin düzgün tərtib etmək bacarığı;
  • Yüksək səviyyədə şifahi ünsiyyət və təqdimat bacarığı, müxtəlif tərəfdaşlarla effektiv kommunikasiya qurmaq bacarığı;
  • Türk dili üzrə yaxşı səviyyədə, İngilis və ya Rus dili üzrə orta səviyyədə (yazılı və şifahi) biliklərə sahib olmaq;
  • Yüksək analitik düşüncə və detallara diqqət yetirmək bacarığı;
  • Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
  • Qısa müddətdə effektiv qərar qəbul etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

July 31, 2025

Paylaşılıb

iyun 17, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Bakalavr

Əmək haqqı

1600 - 1700 AZN

Kateqoriya

Logistika və nəqliyyat