Sərnişin axını və yol hərəkətinin təhlükəsizliyi nəzərə alınmaqla avtobus və taksi dayanacaq məntəqələrinin, eləcə də dayanacaq pavilyonlarının yerləşmə yerlərinin müəyyən edilməsi;
Dayanacaq məntəqələrinin layihələndirilməsi zamanı mövcud yol nişanları və yol nişanlama xətləri ilə uyğunluğun təmin edilməsi, habelə layihələndirilən məntəqədən sonra əvvəlki yol nişanları və nişanlama xətlərinin yenidən layihələndirilməsi;
Dayanacaq məntəqələrinin proqnozlaşdırılması və nəqliyyat axınına təsirinin təhlil edilməsi;
Daxil olan müraciətlərin araşdırılması, müvafiq sahələr üzrə təhlil aparılması və rəy hazırlanması;
Görülmüş işlər üzrə hesabatların və təqdimatların hazırlanması;
İnfrastruktur obyektləri və avtomobil yolları layihələri üzrə verilmiş rəylərin təhlili, ümumiləşdirilməsi və təqdim edilməsi;
Qanunvericilik aktları üzrə beynəlxalq təcrübənin araşdırılması, müqayisəli təhlilin aparılması və rəy və təkliflərin hazırlanması;
Verilmiş tapşırıqlar üzrə iş axınının planlaşdırılması, icrasının izlənilməsi və nəzarətdə saxlanılması;
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların müəyyən olunmuş müddətlərdə və keyfiyyətlə icra edilməsi.
Tələblər
Nəqliyyat mühəndisliyi, yol hərəkətinin təşkili və ya əlaqəli ixtisaslar üzrə ali təhsilin olması;
Nəqliyyatın təşkili, yol infrastrukturu və ya oxşar sahələr üzrə minimum 3 il iş təcrübəsinin olması;
Nəqliyyat sahəsi üzrə qüvvədə olan qanunvericilik aktları, normativ sənədlər və texniki standartlar barədə məlumatlı olmaq;
Yol nişanları və yol nişanlama xətləri üzrə milli standartların tətbiqi və layihələrdə istifadəsi bacarığının olması;
Beynəlxalq təcrübə və normativ sənədlər üzrə araşdırmalar aparmaq, müqayisəli təhlil və əsaslandırılmış rəy hazırlamaq bacarığının olması;
Analitik hesabatların və peşəkar təqdimatların hazırlanması bacarığının olması;
Beynəlxalq araşdırmaların aparılması məqsədilə ingilis dilini sərbəst bilmək (yazılı və şifahi);
Azərbaycan dilində rəsmi yazışma və sənədlərin tərtibi bacarığının olması;
MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığının olması;
AutoCAD, Civil 3D və ya analoji layihələndirmə proqramları üzrə biliklərin olması üstünlükdür;
Analitik düşünmə, problemlərin operativ və əsaslandırılmış şəkildə həll edilməsi bacarığının olması;
Komanda mühitində effektiv işləmək, müxtəlif struktur bölmələri ilə koordinasiyanı təmin etmək bacarığının olması;
Məsuliyyətlilik, dəqiqlik və iş prosesinə sistemli yanaşma;
Vaxtın idarə olunması və paralel tapşırıqların prioritetləşdirilməsi bacarığının olması;
Ünsiyyət və təqdimetmə bacarıqları, fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək qabiliyyəti;