Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Aparıcı mütəxəssis (müvəqqəti)

Bu gün

164

Təsvir

  • Sərnişin axını və yol hərəkətinin təhlükəsizliyi nəzərə alınmaqla avtobus və taksi dayanacaq məntəqələrinin, eləcə də dayanacaq pavilyonlarının yerləşmə yerlərinin müəyyən edilməsi;
  • Dayanacaq məntəqələrinin layihələndirilməsi zamanı mövcud yol nişanları və yol nişanlama xətləri ilə uyğunluğun təmin edilməsi, habelə layihələndirilən məntəqədən sonra əvvəlki yol nişanları və nişanlama xətlərinin yenidən layihələndirilməsi;
  • Dayanacaq məntəqələrinin proqnozlaşdırılması və nəqliyyat axınına təsirinin təhlil edilməsi;
  • Daxil olan müraciətlərin araşdırılması, müvafiq sahələr üzrə təhlil aparılması və rəy hazırlanması;
  • Görülmüş işlər üzrə hesabatların və təqdimatların hazırlanması;
  • İnfrastruktur obyektləri və avtomobil yolları layihələri üzrə verilmiş rəylərin təhlili, ümumiləşdirilməsi və təqdim edilməsi;
  • Qanunvericilik aktları üzrə beynəlxalq təcrübənin araşdırılması, müqayisəli təhlilin aparılması və rəy və təkliflərin hazırlanması;
  • Verilmiş tapşırıqlar üzrə iş axınının planlaşdırılması, icrasının izlənilməsi və nəzarətdə saxlanılması;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların müəyyən olunmuş müddətlərdə və keyfiyyətlə icra edilməsi.


Tələblər

  • Nəqliyyat mühəndisliyi, yol hərəkətinin təşkili və ya əlaqəli ixtisaslar üzrə ali təhsilin olması;
  • Nəqliyyatın təşkili, yol infrastrukturu və ya oxşar sahələr üzrə minimum 3 il iş təcrübəsinin olması;
  • Nəqliyyat sahəsi üzrə qüvvədə olan qanunvericilik aktları, normativ sənədlər və texniki standartlar barədə məlumatlı olmaq;
  • Yol nişanları və yol nişanlama xətləri üzrə milli standartların tətbiqi və layihələrdə istifadəsi bacarığının olması;
  • Beynəlxalq təcrübə və normativ sənədlər üzrə araşdırmalar aparmaq, müqayisəli təhlil və əsaslandırılmış rəy hazırlamaq bacarığının olması;
  • Analitik hesabatların və peşəkar təqdimatların hazırlanması bacarığının olması;
  • Beynəlxalq araşdırmaların aparılması məqsədilə ingilis dilini sərbəst bilmək (yazılı və şifahi);
  • Azərbaycan dilində rəsmi yazışma və sənədlərin tərtibi bacarığının olması;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığının olması;
  • AutoCAD, Civil 3D və ya analoji layihələndirmə proqramları üzrə biliklərin olması üstünlükdür;
  • Analitik düşünmə, problemlərin operativ və əsaslandırılmış şəkildə həll edilməsi bacarığının olması;
  • Komanda mühitində effektiv işləmək, müxtəlif struktur bölmələri ilə koordinasiyanı təmin etmək bacarığının olması;
  • Məsuliyyətlilik, dəqiqlik və iş prosesinə sistemli yanaşma;
  • Vaxtın idarə olunması və paralel tapşırıqların prioritetləşdirilməsi bacarığının olması;
  • Ünsiyyət və təqdimetmə bacarıqları, fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək qabiliyyəti;

Vakansiya haqqında

Son tarix

February 28, 2026

Paylaşılıb

yanvar 19, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik