Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Aparıcı mütəxəssis (müvəqqəti)

19-01-2026

1K

Təsvir

  • Avtobus və taksi dayanacaq məntəqələrinin, eləcə də dayanacaq pavilyonlarının həcmlərinin müəyyənləşdirilməsi və yerləşdirilməsi üzrə layihələrin planlaşdırılması və həyata keçirilməsi;
  • Avtomobil nəqliyyatının infrastruktur obyektləri və yol hərəkətinin təşkili layihələri üzrə daxil olan müraciətlərin araşdırılması, rəylərin ümumiləşdirilərək təhlil və təqdim edilməsi;
  • Layihələr üzrə iş axını cədvəlinin hazırlanması, görülmüş işlərin gedişatının izlənilməsi, vaxt qrafikinə riayət olunmasına nəzarət;
  • Görülmüş işlər üzrə hesabatların və təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericilik aktları və beynəlxalq təcrübə əsasında nəqliyyat layihələri üzrə təkliflərin hazırlanması;
  • Layihələr çərçivəsində aidiyyəti qurumlar və struktur bölmələrlə koordinasiyanın aparılması;
  • Verilmiş tapşırıqların müəyyən olunmuş müddətlərdə və keyfiyyətlə icrasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması, layihələrin idarə olunması üzrə təcrübənin olması üstünlükdür;
  • Nəqliyyat sahəsi üzrə qüvvədə olan qanunvericilik aktları, normativ sənədlər və texniki standartlar barədə məlumatlı olmaq;
  • Beynəlxalq təcrübə və normativ sənədlər üzrə araşdırmalar aparmaq, müqayisəli təhlil və əsaslandırılmış rəy hazırlamaq bacarığının olması;
  • Layihə idarəetməsi üzrə biliklərin olması, layihələrin planlaşdırılması, icrası və icrasına nəzarət prosesləri barədə anlayışın olması;
  • Layihə idarəetməsi sahəsində sertifikatın olması üstünlükdür;
  • Analitik hesabatların və peşəkar təqdimatların hazırlanması bacarığının olması;
  • Beynəlxalq araşdırmaların aparılması məqsədilə ingilis dilini yaxşı səviyyədə bilmək (yazılı və şifahi);
  • Azərbaycan dilində rəsmi yazışma və sənədlərin tərtibi bacarığının olması;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığının olması;
  • Analitik düşünmə, problemlərin operativ və əsaslandırılmış şəkildə həll edilməsi bacarığının olması;
  • Komanda mühitində effektiv işləmək, müxtəlif struktur bölmələri və maraqlı tərəflərlə koordinasiyanı təmin etmək bacarığının olması;
  • Məsuliyyətlilik, dəqiqlik və iş prosesinə sistemli yanaşma;
  • Vaxtın idarə olunması, paralel tapşırıqların planlaşdırılması və prioritetləşdirilməsi bacarığının olması;
  • Güclü ünsiyyət və təqdimetmə bacarıqları, fikirləri aydın və əsaslandırılmış şəkildə ifadə etmək qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

February 28, 2026

Paylaşılıb

yanvar 19, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik