Agentliyin beynəlxalq əlaqələrinin bütün istiqamətlər üzrə inkişafını təmin etmək və genişləndirmək, beynəlxalq əməkdaşlıq imkanlarını artırmaq.
Ölkədaxili və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, konfranslarda və forumlarda müvafiq sahələr üzrə Agentliyin maraqlarını qoruyaraq təmsilçilik etmək.
Agentliyin rəhbərliyinin iştirak edəcəyi beynəlxalq tədbirlər və xarici səfərlər üçün hazırlıq işlərini həyata keçirmək, eləcə də Agentlik əməkdaşlarının xidməti ezamiyyə ilə bağlı məsələlərin əlaqələndirilməsi.
Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək, cavabların hazırlanmasında iştirak etmək.
Azərbaycan yük və sərnişin daşıyıcılarının iştirak etdiyi beynəlxalq bazarları təhlil etmək, bu sahələrdə mövcud vəziyyəti araşdırmaq və inkişaf istiqamətləri ilə bağlı təkliflər hazırlamaq.
Şöbənin iş planı və görülmüş işlər haqqında dövrlər üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
İqtisadiyyat, beynəlxalq əlaqələr, biznesin idarə edilməsi, Beynəlxalq logistika və ya oxşar sahələrdə ali təhsil;
Beynəlxalq əlaqələr və biznesin inkişafı sahəsində əlavə kurslar, sertifikatlar, MBA və ya digər yüksək təhsil proqramları üstünlük təşkil edir;
Kommersiya, texnologiya və korporativ biznes istiqamətləri üzrə strateji tərəfdaşlıq, diplomatiya, marketinq, logistika, nəqliyyat və ya əlaqəli sahələrdə ən azı 5 il iş təcrübəsi;
Səlis Azərbaycan dili, rus dili (C2 səviyyədə) və ingilis dil (minimum B2 səviyyədə);
Ofis proqramları üzrə biliklər : MS Office (Excel, Word, PowerPoint);
Əməkdaşlıq sahələrini strateji baxımdan idarə etmək və inkişaf etdirmək bacarığı;
Effektiv yazılı və şifahi ünsiyyət bacarıqları, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələr qurma qabiliyyəti;