Məlumatları toplamaq və təmizləmək (düzgün, dəyərli məlumat və dəyişənləri müəyyənləşdirmək, fərqli mənbələrdən məlumat toplamaq, doğruluğunu yoxlamaq və manipulyasiya etmək);
Təhlil hazırlamaq üçün lazım olduqda məlumatların təmizlənməsi və transformasiyasını həyata keçirmək;
Məlumatların təhlili - statistik üsullar, məlumatların vizuallaşdırılması alətləri və məlumatların təhlili proqram təminatından istifadə etməklə məlumatların təhlilinin aparılması, nəticələri aydın və qısa hesabatlarda ümumiləşdirmək;
Vizuallaşdırma alətləri (PowerPoint, Tableau, Power BI, HTML) və proqramlaşdırma dillərindən (Python, R, Javascript) istifadə edərək məlumatları vizuallaşdırmaq;
Linux əməliyyat sistemində işləmək, bash skriptləri yazmaq, rutin prosesləri avtomatlaşdırmaq, web tətbiqləri deploy etmək və Docker/GIS alətləri ilə əsas səviyyədə işləmək;
GIS proqram təminatının modelləşdirilməsi üçün nəticələr hazırlamaq üçün geo analitiklərlə ilə qarşılıqlı əlaqə yaratmaq.
Tələblər
Güclü texniki bacarıqlar:
Excel (makros daxil olaqla), SQL, Python və ya R kimi verilənlərin təhlili alətləri və proqramlaşdırma dillərindən istifadə bacarığı;
Tabular (excel, csv, parquet və s.) və geo (gpkg, shapefile, kmz, geojson və s.) məlumat formatları ilə tanışlıq, və müvafiq kitabxanalarla işləmək bacarığı;
Version Control (Git) istifadə etmək bacarığı;
Linux əməliyyat sistemi ilə sərbəst işləmək, bash əmrləri və skriptləri yaza bilmək bacarığı;
Web applərin deploymenti haqqında sadə biliklər;
Proqramlaşdırma dillərindən istifadə edərək rutin tapşırıqları avtomatlaşdıra bilmək;
Docker ilə işləyə bilmək üstünlükdür;
GIS alətlərini başa düşmək üstünlükdür.
Yumşaq bacarıqlar:
Mürəkkəb məlumatları başa düşülən anlayışlara çevirmək bacarığı ilə mükəmməl ünsiyyət bacarıqları;
Təfərrüat yönümlü və məlumatların dəqiqliyini və bütövlüyünü qoruya bilən;
Güclü problem həll etmə bacarığı və tənqidi düşünmə bacarığı;
Yüksək səviyyədə təşkil edilmiş və bir çox tapşırıqları və son tarixləri effektiv şəkildə idarə etmək bacarığı;
IT, DevOps, proqramlaşdırma və bənzər işlərlə məşğul olan əməkdaşlarla birgə konstruktiv çalışa bilmək.
Təhsil və təcrübə:
Riyazi elmlər (verilənlər elmi/statistika/əməliyyat tədqiqatı), kompüter elmləri və ya İT/sənaye mühəndisliyi üzrə ali təhsil;
Dil bilikləri: inglis C1 (mütləq), rus B2 (arzuolunandır).