İşçilərin məlumatlandırılması və daxili kommunikasiyanın gücləndirilməsi üçün müxtəlif təşəbbüslərin irəli sürülməsi və icrasında iştirak.
Şirkət daxilində müxtəlif tədbirlərin (korporativ tədbirlər və s.) planlaşdırılmaısnda və icrasında iştirak.
Tədbirlərin effektiv planlaşdırılması, resursların düzgün bölgüsü, vaxtın idarə edilməsi və tədbirin icrasına nəzarət etmək.
Daxili kommunikasiya, tədbirlərin təşkili və sair aidiyyatı məsələlərlə bağlı daxili sorğuların keçirilməsi, məlumatların toplanması və analitikasının təmin edilməsi.
Analitik nəticələrə əsaslanaraq Agentlikdə daxili kommunikasiya və əməkdaşlıq səviyyəsini yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Daxili kommunikasiya kanallarının (intranet, elektron poçt və s.) effektiv idarə olunmasıni təmin etmək.
İşəgötürən brend imicinin qorunması və inkişafı üçün müvafiq tədbirlərin görülməsi.
Tələblər
Daxili kommunikasiya və tədbirlərin təşkili sahəsində min. 2 il təcrübə.
Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları.
Məlumatları analiz edərək nəticələr çıxarmaq qabiliyyəti.
Fərqli şöbələrlə əməkdaşlıq etmək bacarığı.
İctimai şəbəkə platformaları və kommunikasiya proqramlarından istifadə bacarığı.
Azərbaycan dili (mükəmməl), İnglis dili (B2), Rus dili (B2)
Microsoft Office (Word, Excel, PowerPoint) və Task management proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
Vakansiya haqqında
Paylaşılıb
yanvar 23, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Təhsil
Bakalavr
Kateqoriya
Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr