Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Daxili Kommunikasiya və tədbirlərin təşkili üzrə Baş mütəxəssis

Daxili Kommunikasiya və tədbirlərin təşkili üzrə Baş mütəxəssis

18-02-2025

930

Təsvir

  • Daxili kommunikasiya strategiyasının hazırlamaq və tətbiq etmək;
  • İşçilərin məlumatlandırılması və daxili kommunikasiyanın gücləndirilməsi məqsədilə müxtəlif təşəbbüsləri irəli sürmək və icrasında iştirak etmək;
  • Şirkət daxilində müxtəlif tədbirlərin (korporativ tədbirlər və s.) planlaşdırılmasında və icrasında iştirak etmək.
  • Tədbirlərin effektiv planlaşdırılması, resursların düzgün bölgüsü, vaxtın idarə edilməsi və tədbirin icrasına nəzarət etmək.
  • Daxili kommunikasiya, tədbirlərin təşkili və digər aidiyyatı məsələlərlə bağlı daxili sorğuların keçirilməsini təmin etmək, məlumatları toplamaq və analitik təhlil aparmaq.
  • Analitik nəticələrə əsaslanaraq, Agentlikdə daxili kommunikasiya və əməkdaşlıq səviyyəsinin yaxşılaşdırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Daxili kommunikasiya kanallarının (intranet, elektron poçt və s.) effektiv idarə edilməsini təmin etmək.
  • İşəgötürən brendinin imicinin qorunması və inkişafı üçün müvafiq tədbirləri həyata keçirmək.

Tələblər

  • Daxili kommunikasiya və tədbirlərin təşkili sahəsində minimum 4 il iş təcrübəsi.
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları.
  • Məlumatları analiz edərək, nəticələr çıxarmaq və təkliflər hazırlamaq qabiliyyəti.
  • Fərqli şöbələrlə əməkdaşlıq edərək komanda işi aparmaq bacarığı.
  • İctimai şəbəkə platformaları və kommunikasiya proqramlarından effektiv istifadə bacarığı.
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, İngilis və Rus dillərində (C1 səviyyəsi) sərbəst danışıq və yazı bacarığı.
  • Microsoft Office (Word, Excel, PowerPoint) və Task Management proqramlarından yüksək səviyyədə istifadə bacarığı.

Vakansiya haqqında

Son tarix

mart 29, 2025

Paylaşılıb

fevral 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr